Rusiyanın şok müharibə ssenarisi: “Əvvəlcə paytaxt ələ keçirilir, sonra...”

Rusiyanın şok müharibə ssenarisi: “Əvvəlcə paytaxt ələ keçirilir, sonra...”
Hazırda Rusiya Ukrayna ilə bağlı hadisələrin inkişafının dörd ssenarisini nəzərdən keçirir.
 
Teleqraf.com xəbər verir ki, bu Danimarka nəşri “Jyllands-Posten”də dərc olunmuş məqalədə bildirilib.
 
Nəşrin iddiasına görə, mümkün variantlar arasında həm danışıqlar, həm də açıq hərbi qarşıdurma var. Birinci ssenariyə görə, Ukrayna sərhədləri yaxınlığında eskalasiyanın artması Rusiyaya Qərb ölkələri, ilk növbədə ABŞ-la danışıqlar masası arxasında üstünlüklər verməlidir. Belə ki, Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında aktivləşməsi sayəsində Prezident Vladimir Putin artıq ABŞ lideri Co Baydenlə iki dəfə danışıqlar aparmağa nail olub. Əslində, dövlət başçılarının görüşləri zamanı Moskvanın irəli sürdüyü tələblər təsiredici “əzələ nümayişi” ilə dəstəklənib.
 
“Jyllands-Posten” hesab edir ki, başqa bir ssenari Rusiyanın öz “müstəqilliyini” elan etmiş Donetsk və Luqansk “respublika”larını tanımasını nəzərdə tutur. Ehtimal olunur ki, Kreml Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş əldə etməsə belə bir addım ata bilər. Nəşrin istinad etdiyi ekspertlərin fikrincə, bu, 2022-ci ilin yanvarında baş verə bilər.
 
Üçüncü mümkün ssenari Rusiya tərəfindən Ukraynaya “lokal hücum“ adlandırılan müdaxilədir ki, bunun sayəsində Moskva qonşu ölkədə öz mövqelərini gücləndirə və oradakı vəziyyəti qarışdıra bilər. Söhbət daxili hücumdan gedir ki, bu əməliyyat zamanı Rusiya “Donbas respublikaları” adından Ukraynanın cənubunda və şərqində bir sıra rayonlara nəzarəti genişləndirməyə çalışacaq. Bunun sayəsində Moskva öz təsir dairəsini artıra bilər. Eyni zamanda, bu, daha az hərbi xərc tələb edən gedişdir.
 
Dördüncü ssenari Ukraynaya genişmiqyaslı hücumu nəzərdə tutur. Bu plana görə, Rusiya hərbi qüvvələri bir anda bir neçə istiqamətdən hücuma keçməli və Ukrayna Silahlı Qüvvələrinin əhəmiyyətli hissəsini mühasirəyə almalıdır. Əməliyyatın son mərhələsi paytaxt Kiyevin tutulması və yeni dövlətin yaradılması olacaq. Amma bu ssenarin sonrakı riskləri və nəticələri Rusiyaya baha başa gələ bilər.

Tarix: 24-12-2021, 23:00
Xəbəri paylaş





Xəbər lenti