Bayden uyğur qul əməyi ilə istehsal edilən məhsulların idxalını qadağan edən qanun layihəsini imzalayıb

Ağ Evin bildirdiyinə görəi, prezident Co Bayden uyğur qul əməyi ilə istehsal edilən məhsulların idxalını qadağan edən qanun layihəsini imzalayıb.
Bir il davam edilən danışıqlardan sonra keçən həftə Konqresin yekun təsdiqini alan Uyğur Məcburi Əməyin Qarşısının Alınması Qanunu şirkətlər ABŞ hökumətinə tədarük zəncirlərindən istifadə etmədiyinə dair “aydın və inandırıcı dəlillər” göstərmədikcə Çinin Sincan bölgəsindən ABŞ-a bütün idxalı qadağan edir.

Pekin uyğurları saxladığı düşərgələri terrorizmlə mübarizə məqsədi daşıyan “yenidən təhsil” obyektləri kimi xarakterizə edir.
Çinin hüquq pozuntularına görə məsuliyyət daşıması üçün atılan bu addım 2022-ci ilin fevralında Pekində keçiriləcək Qış Olimpiya Oyunları ərəfəsinə təsadüf edir.
ABŞ bu ilin əvvəlində Çinin uyğurların soyqırımına münasibətini elan edib və keçən həftə Qış Olimpiya Oyunlarını diplomatik şəkildə boykot etdiyini bildirib.
Bu ayın əvvəlində müstəqil məhkəmə Çinin yüksək rütbəli rəhbərliyinin uyğurlara qarşı soyqırım aktlarına görə “əsas məsuliyyəti” daşıdığını bəyan edib.
Çin qanun layihəsini pisləyib və ABŞ-ı öz sərhədləri hüdudunda məcburi əməyə diqqət vermədiyinə görə ikiüzlü adlandırıb. Çin ABŞ Konqresinin Sincanla bağlı məsələləri bəhanə edərək Çinin daxili işlərinə müdaxiləsinə qəti şəkildə qarşı çıxıb.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Zao Lijian keçən həftə mətbuat konfransı zamanı bəzi ABŞ siyasətçilərini yalanlar uydurmaqla və bu kimi məsələlərdə problem yaratmaqla Çini cilovlamaq, siyasi manipulyasiya və iqtisadi zorakılıq yolu ilə Çinin inkişafını dayandırmağa çalışmaqda günahlandırıb.
İnsan haqları qrupları qanunvericiliyi yüksək qiymətləndirərək, bunu Çinin uyğurlara qarşı rəftarına son qoyulması yolunda mühüm başlanğıc nöqtəsi adlandırıb.
Uyğur İnsan Haqları Layihəsinin vəkillik və kommunikasiya üzrə baş proqram işçisi Peter İrvin Amerikanın Səsinə deyib: “Bu, dünyanın qalan hissəsinə ABŞ-ın əslində bununla bağlı tədbir görəcəyinə dair bir siqnaldır”.
O deyib ki, ABŞ məcburi əmək məhsullarının gətirilməsinə icazə verməə, o zaman Çin liderləri ixracatını Avropaya və ya Kanadaya köçürəcək. Beləliklə, digər hökumətlər bu kimi qanun layihələrini qəbul etməsi şablonuna sahib olmaqla ABŞ-a yardım edər.
ABŞ şirkətləri Nike və Coca-Cola qanunvericiliyin əvvəlki versiyalarına qarşı fəal şəkildə lobbiçilik aparır.
Qanunvericilik Kapitolidə ikitərəfli razılaşmanın nadir nümunələrindəndir.
Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də qanun layihəsini yüksək qiymətləndirərək, bunun ABŞ Konqresinə “Sincanda və regionda insan haqları pozuntularını pisləməyə və onlara qarşı durmağa və onları məsuliyyətə cəlb etməyə davam etmək üçün bir fürsət olduğunu deyib.
”Əgər Amerika kommersiya maraqlarına görə Çində insan haqlarını müdafiə etməsə, biz dünyanın istənilən yerində insan haqlarını müdafiə etmək üçün bütün mənəvi səlahiyyətimizi itirmiş olarıq” deyə, Pelosi bildirib.
Amerikanın səsi
Tarix: 25-12-2021, 08:33
Xəbəri paylaş





Xəbər lenti