Krasnodarın Ukraynaya qaytarılması prosesi başladılıb: Rusiyadan sərt reaksiya


“Onlar Yeni il qabağı sərxoş olub, hər cür cəfəngiyyatla gündəmə gəlirlər”
Rusiya Dövlət Dumasının sədr müavini Boris Çernışov Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkonun Krasnodar vilayətinin Ukraynaya qaytarılması ilə bağlı proses başladılması məsələsinə reaksiya verib. Alp.az-ın xəbərinə görə, “Danışır Moskva” radiostansiyasına danışan Çernışov ukraynalı deputatı boşboğazlıqda ittiham edib.
“Onlar Yeni il qabağı sərxoş olub, hər cür cəfəngiyyatla gündəmə gəlirlər. Mənə elə gəlir ki, bu heç bir şəkildə dərk ediləsi məsələ deyil. Nə Krasnodar diyarı, nə də Krım onların olacaq. Onların heç nələri olmayacaq”, – Çernışov bildirib.
Sədr müavininin sözlərinə görə, Ukraynadan olan bir piar adamı öz xalqının maraqları üzərindən xəbər lentlərində özünü təbliğ etməyə çalışır və Rusiya ilə dialoq aparmaq əvəzinə cəfəngiyyatla məşğuldur.
Qeyd edək ki, Ukrayna Ali radasının deputatı A.Qonçarenko Ukraynanın Krasnodarın geri qaytarılması prosesinə başladığını bəyan edib. Onun sözlərinə görə, Kiyev bu prosesə kiçik, lakin inamlı addımlarla başlayıb. Deöutat qeyd edib ki, dekabrın 14-nün Krasnodarın ukraynalı əhalisinin deportasiyası qurbanlarının xatirəsinin anım günü kimi təsis edilməsi ilə bağlı qətnaməni Ali Radaya təqdim edib.ayna
Tarix: 26-12-2021, 23:17
Xəbəri paylaş





Xəbər lenti