COVID-19-a qarşı “Paxlovid” - İsraildə istifadəsinə icazə verildi



“Paxlovid” yüngül və orta dərəcəli koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub
İsrail Səhiyyə Nazirliyi ABŞ-ın Pfizer şirkəti tərəfindən COVID-19-a qarşı hazırlanan  “Paxlovid” dərmanından ölkədə istifadəsinə icazə verib.
AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə nazirliyin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, artıq Səhiyyə Nazirliyi ilə “Pfizer” şirkəti arasında “Paxlovid”in alınması ilə bağlı müqavilə imzalanıb və yaxın günlərdə preparatın İsrailə göndərilməsi gözlənilir.
Qeyd edək ki, “Paxlovid” yüngül və orta dərəcəli koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub.
Tarix: 27-12-2021, 08:14
Xəbəri paylaş





Xəbər lenti