"Ukraynanı dövlətin dağılması təhlükəsi gözləyir" - Kiyevli politoloq



Ukraynanın siyasi sinfini antaqonizmə parçalayan barışmaz qruplaşmalar Ukraynanı vətəndaş müharibəsi və dövlətin dağılması ilə hədələyir.
Bunca narahatedici proqnozla dekabrın 24-də öz «Feysbuk» səhifəsində ukraynalı politolq Andrey Qolovaçov çıxış edib.
Onun sözlərinə görə, dövlətə xəyanət Ukraynada siyasi mübarizə vasitəsinə çevrilib. Özəlliklə, ittiham eks-prezident Pyotr Poroşenkonun, onun davamçısı Vladimir Zelenskinin, prezident ofisinin başçısı Andrey Yermakın, biznesmen Rinat Əhmətovun və digərlərinin ünvanına səslənir.
Ekspert qeyd edib ki, bütün bu ittihamların qanunçuluqla, hüquq və ədalətlə heç bir əlaqəsi yoxdur, onlar hakimiyyət uğrunda mübarizədə «texniki fəndə» çevrilib. Bu qızğınlıq ki var, rəqiblər ondan istifadə edirlər, o, «yaxınlaşan xarabalıq»dan xəbər verir.
Bu termin altında ölkə tarixinin müəyyən dövrü nəzərdə tutulur ki, o zaman 30 il boyunca (1657-1687) onun ərazisində vətəndaş müharibsi gedib.
Politoloq əmindir ki, dövlər çevrilişində günahlandırmaq - bu, siyasi mübarizənin sonuncu «dinc» yoludur ki, bundan sonra parçalanma gəlir, nədən ki, o, kompromisə yer qoymur.
Tarix: 27-12-2021, 08:27
Xəbəri paylaş





Xəbər lenti