Münaqişə riski bir gün belə səngimir... - Azov dənizində vəziyyət nə yedədir... - REPORTAJ

Münaqişə riski bir gün belə səngimir... - Azov dənizində vəziyyət nə yedədir... - REPORTAJ
Azov dənizinin Rusiya və Ukrayna üçün ümumi akvatoriyası Rusiya və Ukrayna hərbçiləri arasında toqquşma riskinin bir gün belə azalmadığı ölkələr arasında alovlanmaqda olan münaqişənin ən qaynar nöqtələrindən biridir. Hazırkı “partlayıcı” şəraitdə bu təhlükə getdikcə artır - xüsusən ona görə ki, bəzilərinin fikrincə, Azov Ukrayna müdafiəsində “zəif yerdir” və hər hansı bir böyük münaqişə təhlükəsi yaranarsa, Moskva bundan, şübhəsiz, yararlanacaq.
 
Moderator.az xəbər verir kibu barədə Amerikanın nüfuzluThe Washington Post” nəşrindəki məqalədə bildirilir. Nəşr yazır ki, Ukraynanın "Donbas" idarəetmə gəmisi Rusiya dövlət televiziya kanallarının diqqətini cəlb etmək üçün Rusiya sahillərinə kifayət qədər yaxınlaşdıqda, onun kapitanı Aleksandr Qriqorevski xəbərlər proqramını açaraq onun "köhnə və paslı gəmisi"nin niyə belə hay-küyə səbəb olduğu ilə maraqlandı. Amerika nəşrinin müxbirləri vurğulayırlar ki, 50 ildən çoxdur suya buraxılan “Donbas”ın görünməsi bu ay yalnız bir axşam Rusiyada xəbərlərin əsas mövzusu oldu - lakin Moskvanın bəzi hesablamalara görə artıq Ukrayna sərhədlərinə 100 minə yaxın hərbçini cəmləşdirdiyi bir vəziyyətdə Azov dənizində Ukrayna gəmisi ilə Rusiya qüvvələri arasında toqquşma qurudakı müharibəni alovlandıracaq bir qığılcım ola bilər.
 
Jurnalistlərin xatırlatdığı kimi, Rusiya FTX nümayəndələri “Donbas”ı Kerç boğazına icazəsiz daxil olmaq niyyətində ittiham edərək, gəminin kursu dəyişmək tələbinə cavab vermədiyini qeyd ediblər və “Kreml təbliğatçıları” dərhal təxribat barədə danışmağa başlayıblar. “Baxmayaraq ki, həmin "ağırlaşma" heç nəyə gətirib çıxarmasa da, Ukrayna gəmisi boğazdan üç dəniz mili məsafəsində dayanaraq geri döndü və bu, "partlayıcı vəziyyət fonunda Ukrayna silahlı qüvvələrinin strateji zəifliyini göstərdi", - deyə müəlliflər güman edirlər.
 
“Rusiya ilə Ukrayna arasında hətta Miçiqan gölündən də kiçik dayaz daxili su hövzəsi olan Azov dənizi bu iki ölkənin qoşunları arasında münaqişə riskinin bir gün belə səngimədiyi yeganə yerdir. O, belə desək, ağzına qədər Rusiya gəmiləri ilə doludur: Kiyevdə yerləşən “Black Sea News” nəşrinin baş redaktoru Andrey Klimenkonun sözlərinə görə, onların sayı Ukrayna gəmilərindən təxminən dörd dəfə çoxdur. Və burada dəniz sərhədi olmadığı üçün Rusiya Hərbi Dəniz Qüvvələri Ukrayna sahillərinə istədikləri qədər yaxınlaşa bilirlər və bu səbəbdən bəzilərinin fikrincə, Ukraynanın cənub-şərq sahillərindəki şəhərlər ən az qorunur”, - deyə məqalədə bildirilir.
 
“Washington Post”un müxbirlərinin qeyd etdiyi kimi, Amerika kəşfiyyat xidmətləri artıq xəbərdarlıq edib ki, Kreml gələn ilin əvvəlində Ukraynaya qarşı genişmiqyaslı hücuma keçməyi planlaşdırır. Baxmayaraq ki, beynəlxalq ictimaiyyət rus qoşunlarının bu ölkənin quru sərhədləri yaxınlığında toplanmasına böyük diqqət yetirir, “müdaxilə” dənizdən başlayarsa, Ukrayna silahlı qüvvələri mahiyyətcə heç nə edə bilməyəcək, çünki ilk rus əsgəri sahilə çıxana qədər onların heç bir cavab vermək hüququ olmayacaq. Eyni zamanda, Azovda hərəkət azadlığı baxımından, Kiyevdə deyildiyi kimi, Moskvanın artilleriya atəşi ilə əlaqədar müəyyən zonalara girişi məhdudlaşdıran "müntəzəm təcrübəsi" nəticəsində bu ay Rusiyanın etdiyi xəbərdarlıqlara görə Azov dənizinin 70%-dən çoxu gəmilər üçün bloklanıb.
 
"Təhlükəsizlik baxımından Rusiya Azov dənizində dominant mövqe tutur. Müharibə olarsa, o, Azov sahilindəki cənub şəhərlərimizə təzyiq göstərmək üçün bundan fəal şəkildə istifadə edəcək. İndiki şəraitdə Azovdakı vəziyyəti, təbii ki, Rusiya müəyyənləşdirir və o, bu dənizdən hərbi əməliyyatlar teatrı kimi istifadə edir”, - deyə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "The Washington Post"a müsahibəsində vəziyyəti şərh edib.
 
“Donbas”ın kapitanı Aleksandr Qriqorevskinin sözlərinə görə, dekabrın 8-də lövbərdə olarkən onun gəmisi Rusiyadan yerləşdiyi zonanın bağlanması ilə bağlı xəbərdarlıq alıb, ona görə də onun yeganə variantı Kerç boğazı istiqamətdə hərəkət etmək olub. Qriqorevskinin “The Washington Post” qəzetinə verdiyi müsahibədə dediyi kimi, dekabrın 9-da saat 13:30-da Rusiya gəmisi Donbasla əlaqə saxlayıb və xatırladıb ki, boğazdan keçmək üçün Rusiya hökumətini ən azı 48 saat əvvəl xəbərdar etmək lazımdır. Qriqorevski cavabında Donbasın boğazdan keçməyəcəyini və gəmidə silah olmadığını deyib. Sonra rus gəmisi kapitandan Donbasın hara getdiyini izah etməyi xahiş edib, lakin Qriqorevski bu məlumatı açıqlamaqdan imtina edib. Kapitanın dediyinə görə, ruslar bu tələbi dörd dəfə təkrarlasa da, hər dəfə onlara rədd cavabı verilib. Qriqorevskinin sözlərinə görə, axşama yaxın Donbas”ı üç rus gəmisi mühasirəyə alıb, Ukrayna gəmisinin manevr etməsi üçün praktiki olaraq yer qalmayıb və sonra o, ruslardan geri çəkilməyi tələb edərək gəmini geri çevirib. Kapitanın sözlərinə görə, onun gəmisinin üzərindən Rusiya qırıcısı uçub və onların ardınca üzən aşağıdakı Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərindən biri ukraynalıları istiqaməti dəyişməyəcəkləri təqdirdə atəş açacaqları ilə hədələyib.
 
Ertəsi gün Rusiya Xarici İşlər Nazirliyi Donbas”la bağlı insidenti Rusiya sərhədləri yaxınlığında növbəti təxribat adlandırıb. Nəşr yazır ki, bir neçə həftə ərzində Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, əksinə, Rusiya öz sərhədlərində Ukrayna və NATO tərəfindən təhdid edilir. Bu arada Ukrayna rəsmiləri uzun illərdir ki, Rusiya gəmilərini Azovda Ukrayna gəmilərini təqib etməkdə ittiham edirlər və qayıqlarla dənizdə patrulluq edən Ukrayna dəniz mühafizəsi bu materiallardan beynəlxalq məhkəmələrdəki proseslərdə istifadə etmək üçün uzun müddətdir ki, rusların bu cür "təxribatlarını" sənədləşdirir, - Amerika qəzetinin müxbirləri vurğulayırlar.
 
Ukrayna Hərbi Dəniz Mühafizəsinin baş qərargah rəisinin müavini vəzifəsini icra edən Vladimir Yarovoyun nəşrin jurnalistlərinə verdiyi məlumata görə, bəzən rus gəmiləri Ukrayna gəmisinə doğru "aqressiv" kurs tutaraq son anda dönürlər, lakin daha tez-tez belə hallarda Rusiya sahil mühafizəsi iştirak edir və onlar marşrut yollarını bağlayaraq uzun-uzadı axtarış aparmaqla Ukrayna ticarət gəmilərinin keçidinə mane olurlarDəniz təhlükəsizliyi xidmətinin əməkdaşlarından biri “The Washington Postbildirib ki, Rusiya sahil mühafizəsi onun komandasının xarici yük gəmisini yoxlamasına mane olub: Ukrayna qayığı yoxlama üçün yük gəmisinə yaxınlaşarkən Rusiya patrul gəmisi onun yolunu kəsib, kapitanı isə ukraynalılara bildirib ki, əgər onlar iki dəniz milindən az məsafəyə yaxınlaşsalar, bu, hücum kimi qiymətləndiriləcək. “Bu da müharibədir. Bu, ölkəmizi məğlub etmək üçün onların hərbi strategiyasının bir hissəsidir”, - deyə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “The Washington Post” qəzetinə müsahibəsində deyib.
 
Hərçənd ki, bütün bu aksiyalarda Rusiyanın hərəkətləri yeni bir şey olmasa da, Moskva son vaxtlar başqa, daha həyəcanlı addımlar da atmağa başlayıb. Black Sea Newsun baş redaktoru Andrey Klimenkonun The Washington Posta verdiyi məlumata görə, ruslar son vaxtlar Azov dənizinin Ukrayna sahillərinə daha yaxın olan sektorları bəzən “hətta durbin də lazım olmayan”, cəmi üç mil məsafədə bloklayırlar. Klimenkonun sözlərinə görə, Rusiya, xüsusən də dekabrın 8-dən yanvarın 8-dək Ukraynanın Mariupol və Berdyansk limanlarının yaxınlığında, həmçinin Herson vilayətinin Geniçeski rayonunun sahillərindəki 3 sektoru bloklayacağını elan edib. "Onların nə düşündüklərini yalnız zaman göstərəcək. Ola bilsin ki, onlar sadəcə olaraq ya psixoloji təzyiq göstərirlər, ya da hərbi əməliyyatlar çərçivəsində mümkün yerləşmə üçün hazırlaşırlar”, - deyə Klimenko Amerika nəşrinə bildirib.
 
“Azov sahillərinin Ukraynanın şərq sərhədlərində müharibə nəticəsində tükənmiş bölgələrdən daha çox Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb etməsi ilə baglı bəzi ədalətli arqumentlər var. Ukraynanın bu dəniz boyu ərazisi Rusiyanı ilhaq etdiyi Krımdan ayırır. Bölgədən ixrac Ukraynanın Mariupol və Berdyansk limanlarından keçir, sahildən cəmi 96 kilometr aralıda yerləşən Rusiya Taqanroqu isə Rusiyanın cənub-qərb bölgələri üçün ticarət mərkəzi rolunu oynayır”, - deyə “Washington Post”un müxbirləri bildirirlər.
 
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov amerikalı jurnalistlərə etiraf edib ki, Azov dənizi həqiqətən "bizim üçün çox mürəkkəb yerdir". Müəlliflər xatırladırlar ki, 2014-cü ildə Sevastopolun Rusiya tərəfindən “ələ keçirilməsindən” sonra Ukrayna öz donanmasının 70%-ni itirib. Eyni zamanda ötən ay Ukraynanın müdafiə naziri Aleksey Reznikov ölkəsinin “bu regionda Rusiya təcavüzünü dəf etmək” üçün Berdyanskda yeni hərbi-dəniz bazasının tikintisini sürətləndirəcəyini bildirib. Bundan əlavə, Aleksey Danilovun qeyd etdiyi kimi, dəniz yolu ilə müdaxilə cəhdi Ukraynanın keçən il yeni partiyasını sifariş etdiyi “Neptun” gəmi əleyhinə raketlərin müqavimətilə qarşılaşacaq.
 
Washington Post”un müxbirləri deyirlər ki, dənizdəki gərginliyin sahilə də təsiri var. Mariupoldan 24 km şərqdə yerləşən Berdyanskoye kəndi vaxtilə turistləri və balıqçıları cəlb edən kurort zonası olub. Lakin o, “separatçıların” nəzarətində olan əraziyə çox yaxın yerləşdiyinə görə, indi ora yalnız Ukrayna ordusunun ən azı üç keçid məntəqəsindən keçməklə getmək olar. Nəticədə turist axını qurudu və sonra balıq ovu da yox oldu: bir neçə il əvvəl sahili möhkəmləndirən Ukrayna hərbçiləri suya minalar yerləşdirdilər və yerli sakinlər onların hamısının çoxdan şaxta səbəbindən partladığını desələr də, sahildə hələ də təhlükə xəbərdarlığı ilə bağlı işarələr var. Kənddə artıq balıqçılıq bazası olmadığına görə isə yerli sakinlərə balıq tutmağa icazə verilmir, - deyə jurnalistlər vurğulayırlar.
 
Yerli sakin Fyodor Paxomovun evinin həyətində paltar qurutmaq üçün olan ipə balıq torları asılıb - nə vaxtsa onun beş qayığı var idi, lakin artıq uzun illərdir onun əsas gəlir mənbəyi mahiyyətcə quruyub. Paxomov amerikalı jurnalistlərə deyib ki, Rusiya ilə mümkün müharibə onu çox narahat edir, lakin ən çox dənizə çıxa bilməməkdən narahatdır. “Mən iki uşağı necə yedizdirim? Bu ki, cəfəngiyyatdır. Amma biz bax, belə yaşayırıq”.
 
Tərcümə və təqdim etdi: Miraslan
Tarix: 28-12-2021, 16:59
Xəbəri paylaş





Xəbər lenti