Almatı şəhərinin mərkəzində yenidən atışma başlayıb



Qazaxıstanın Almatı şəhərində yenidən atışma başlayıb.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Qeyd olunub ki, atışma şəhərin mərkəzində baş verir. Şəhərin digər hissələrində vəziyyətin nisbətən sakit olduğu deyilir.
“Şəhər əhalisi şübhəli insan qruplarını müəyyən etməkdə polisə kömək edir. Cinayətkar dəstələr kiçik meydanlarda, parklarda gizlənirlər. Güclü duman polisin işini çətinləşdirir. Hələlik polis etirazçılar arasında saxlanılanların sayı barədə konkret məlumat vermir”, - məlumatda deyilir.
Tarix: 8-01-2022, 14:23
Xəbəri paylaş





Xəbər lenti