Zelenski Baydeni Ukraynaya səfərə dəvət etdi



Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Cozef Baydenlə telefon danışığı zamanı onu Ukraynaya səfərə dəvət edib.

Siam.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının ofisinin iki ölkə liderləri arasında telefon danışığının yekunlarına dair məlumatında deyilir.

"Əminəm ki, vəziyyətin sabitləşməsi üçün həlledici olan yaxın günlərdə sizin Kiyevə gəlişiniz güclü siqnal olacaq və deeskalasiyaya töhfə verəcək", - Vladimir Zelenski bildirib.

Vurğulanır ki, söhbət zamanı tərəflər mövcud məlumatlar, onların qiymətləndirilməsi ilə bağlı mübadilə aparıb, gərginliyin azaldılması yollarını müzakirə ediblər.

İki ölkə liderləri sülh prosesinin və sabitliyin bərpası üçün siyasi və diplomatik səylərin davam etdirilməsinin vacibliyinə dair mövqelərin birliyini təsdiqləyiblər.Pravda.az
Tarix: 14-02-2022, 09:33
Xəbəri paylaş





Xəbər lenti