Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində magistral yolların kənarlarında ağacların əkilməsi üçün hazırlıq işləri davam etdirilir


Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya
naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra
Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı ilə, Bərdə-Ağdam avtomobil yolunun Azad
Qaraqoyunlu kəndi ərazisində 18–27 oktyabr tarixlərində əkiləcək ağacların
quyuların qazılması və ərazinin tullantılardan təmizlənməsi işləri aparılmışdır.
Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə
təşkil edilən aksiyasda Tərtər Rayon İcra Hakimiyyətinin, İƏD üzrə
nümayəndəliklərin və “DOST” MMC-nin işçiləri fəal iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması,
cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini
davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək
ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolunun kənarlarına rayon icra
hakimiyyəti tərəfindən 18–27 oktyabr tarixlərində 11000 ədəd müxtəlif növ
həmişəyaşıl və meyvə ağaclarının əkilməsi nəzərdə tutulmuşdur.
Tarix: Dünən, 22:28
Xəbəri paylaş





Xəbər lenti