Nüfuzlu alman nəşri: Çərşənbə günü savaşdır, Berlində isə zəfəran çiçəkləyib...

Nüfuzlu alman nəşri: Çərşənbə günü savaşdır, Berlində isə zəfəran çiçəkləyib...
Keçmiş ADR- dən olan yazıçı özünü Rusiyanın yerinə qoyur
 
Almaniyanın "Züddeyçe Saytunq" nəşri Ukrayna ətrafında baş verən hadisələr barəsində öz baxış-bucağını dərc edib.
 
Almaniya Demokratik Respublikasında böyümüş yazıçı "gözlənilən müharibə" barəsində xəbərləri izləyir və gördüklərindən uşaq sualları verir. Rusiya ölkənin müdafiəsinə nə qədər pul xərcləyir? Bəs Qərb? O zaman nədən Qərb Rusiyadan çəkinir ki? Eyni zamanda müəllif öz keçmişinə dönür: nə zaman işlər başqa səmtə yönəldi? Və bu yol həqiqətə apaıb çıxarır.
 
Beləliklə, mən yazıçının Rusiya və Ukrayna ilə bağlı narahatlıqla dolu fikirlərini əks etdirən həftəsonu haqqında qeydlərimə başlayıram.
 
Cümə, bəzən isə cümə axşamı günlərində çox vaxt mənə yaxşı, sakit istirahət günlərini arzu edirlər. Bu həftəsonu həqiqətən sakit olacağını vəd edir, amma bu sakitlik məzar sakitiyinə bənzəyir. Axı çərşənbə axşamı müharibə başlayacaq, bunu prezident Bayden deyib. Xarici işlər naziri Berbok isə Almaniya vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib.
Belə bəyanatlardan qorxu hissi adamın iliyinə işləyir və qan təzyiqini artırır. Eyni zamanda, adam özünü gülməkdən güclə saxlayır, çünki baş verənlər lətifəni xatırladır. Hər ikisi gerçəkdir- bir tərəfdən qorxu hissi, digər tərəfdən isə bunların hamısının cəfəngiyyat olduğu fikri yaranır.
 
Biz ukraynalılar haqqında nələri bilirik?
 
Ukraynada hökumətin çağırışı ilə bu ölkəni tərk edəcək almanların sayı nə qədərdir? Məgər son illər Ukraynanın Avropanın ən kasıb ölkəsi olduğu və həyat səviyyəsinin yerində sayması, qonşu Polşada, Türkyədə və ya Rusiyada həyatın get-gedə yaxşılaşması bizi ilgiləndiribmi? Bir çox ukraynalı iş dalınca qonşu ölkələrə üz tutur, orada indi Almaniya və ya Avstriyada işləyənlərin iş yerlərini tutaraq qəpik-quruş qazanır.
 
Şərqi Avropaya bizim marağımızı artıra biləcək çoxsaylı yaxşı kitabların, jurnalların və ədəbi əsərlərdən tərcümələrin mövcud olmasına rəğmən, biz arxamızı ona çevirərək yaşayırıq. Dostum mənim, sən son dəfə nə zaman Polşada, Slovakiyada, Estoniyada, Bosniyada, Belarusda, Ukraynda və Rusiyada olmusan (və ya heç olmasa nə zamansa olmusanmı)? Və birdən bütün bu "sehrli Şərq" yenidən hamının diqqət mərkəzində dayanır.
 
Hücum- zaman məsələsidir?
 
Mən nəyə inanmalıyam?Kimə inanmalıyam? Hər şeydən göründüyü kimi, bütün "yaxşı məlumatlı " jurnalistlər öz oxucu auditoriyasından çox bilmir, ona görə də onlar özlərinə ağıllı görkəm verərək, öz nöqteyi-nəzərlərini şərh edir.
Onların əksəriyyəti hesab edir ki, Rusiyanın Ukraynaya hücumu yalnız zaman məsələsidir. Mən isə düşünürəm ki, bu, az ehtimal olunandır, həm də mənim bu fikrim başqa fikirlərdən əsassız deyil. Ola bilsin, sadəcə,ona görə ki, mən xüsusi xidmət orqanlarının məlumatlarına, həm də siyasətçilərimizin dediklərinə skeptik yanaşıram.
 
Açıq mənbələrdən dəqiq məlumdur ki, məsələn, indiyədək Amerikanın xüsusi xidmət orqanları tərəfindən ağır nəticələrə gətirib çıxaran çoxlu tükürpədici dezinformasiyalar yayılır. Kosovonu (serb əsgərləri tərəfindən, guya, öldürülən dinc sakinlərinin şübhəli fotoşəkilləri), İraq müharibəsini (saxta məlumat), Əfqanıstanı (vəziyyətin yanlış qiymətləndirilməsi) yada salaq.
Mən hələ 1991-ci ildə Fars körfəzində müharibədən öncə yayılan cəfəngiyyatı yada salmadım (iraqlılar tərəfindən inkubatordan körpələrin atılması).
Ona görə də bu gün də "gözlənilən rus hücumu" barəsində skeptik yanaşma tamamilə yerinə düşür. Doğrudur, əksdəlil də mövcuddur: əgər baş verənlər müharibəyə hazırlıq deyilsə, bəs nədir?
 
Özümüzü Rusiyanın yerinə qoyaq
 
Sənə qorxunc doğuran məsafəyədək yaxınlaşırlar, amma bu zaman inandırmaq istəyirlər ki, sənə hücum etməyəcəklər- Rusiyanın yerində olsaydı, Qərb özünü necə hiss edəcəkdi?
Rusiya ordusunun görüntülərini, təbii ki,- əgər arxivdən deyilsə,- biz istisnasız olaraq Rusiyanın Müdafiə Nazirliyindən alırıq.
 
Bəs Ukrayna necə olsun, guya ki, bürün ehtiraslar bu ölkəyə görə qızışmaqdadır?
Bəzən mənə elə gəlir ki, bu ölkə "qasırğanın mərkəzindədir", yəni sakit hava sahəsində güclü tsiklonun mərkəzindədir.
Mən "ümumi səfərbərlik" sözlərini axtarışa verdim, 2014-cü ilin yazına aid istinad əldə etdim. İndicə məlumar verilib ki, Ukrayna prezidenti Vladimir Zelenski hazırlanan müdaxilə əlamətlərini görmür. Fevralın 12-də isə guya o, deyib: "Əgər sizin (Qərbin)  fevralın 16-da 100 faizlik sübutlarınız varsa, onları, zəhmət olmasa, təqdim edin".
 
Sonra, deyilənə görə, o, Qərb jurnalistlərinə ingilis dilində müraciət edib: "Düşmənlərimizin ən yaxşı dostu ölkəmizdə yaradılan təşvişdir".
Təxminən eyni şeyləri o, dekabr və yanvarda deyib.
Məndə ona və Rusiyanın izahatlarına inanmaq tələbatı yaranıb. O zaman bu həftəsonu mənim üçün həqiqətən yaxşı olacaq, axı, Berlində demək olar ki, yaz havasıdır, Botanika bağında isə arıq zəfəran çiçəkləyib.
 
Silah üçün pullar
 
Hələ ki, növbəti məlumat məni həyəcanlandırmayıb, mən Ukrayna və Rusiyanın silahlara xərclərini müqayisə edirəm. Sosial şəbəkələrdə 2020-ci ildən başqa yeni məlumat tapa bilmədim. O zaman Ukraynanın müdafiə xərcləri 6 milyard dollar təşkil edib. Rusiyanın analoji xərcləri Stokholm sülh problemlərini araşdırma institutunun məlumatlarına görə 61, 7 milyard dollar, yəni 10 dəfədən çox olub. Müharibə baş verəcəyi təqdirdə bunun həlledici əhəmiyyəti olacaq. Lakin təəccüblüdür ki, bu zaman  Rusiyanın hərbi büdcəsi Böyük Britaniyanın hərbi büdcəsindən cəmi 2, 5 milyard artıqdır. Britaniya büdcəsinin üzərinə Fransanın, Almaniyanın və Qərbin müdafiə bloklarının digər üzvlərinin təxminən 53 milyard hərbi xərclərini də əlavə etsək, amerikalılardan başqa, Rusiyanın müdafiə büdcəsindən 10 dəfədən də çox olan məbləğ alınacaq. ABŞ-ın isə büdcəsi 12 dəfə çoxdur.
 
Ukrayna ilə Rusiyanın hərbi xərcləri arasında fərq nə qədər çox olsa da, NATO ilə Rusiyanın müdafiə büdcələri arasında fərq xeyli dərəcədə artıqdır. Məgər təkcə Ukraynanın deyil, Rusiyanın da özünü təhlükədə hiss etməsini anlamaq o qədərmi çətindir? Birini qəbul edib, digərini görməzdən gəlmək olarmı?
 
Amerikalılar ilk olaraq tərk edirlər
 
Saat 15:00- da xəbər alırıq: "ABŞ müdafiə naziriyi məlumat yayıb ki, Florida ştatından Milli Qvardiyanın 160 nəfər üzvü təhlükəsizlik mülahizələrinə görə Ukraynadan Avropanın başqa ölkəsinə köçürülür. Onlar noyabr ayından Ukrayna Silahlı Qüvvələrinə konsultativ yardım üçün Ukraynada olub".
 
20 il ərzində Əfqanıstanda müharibəni udmaq mümkün olmayanda, ABŞ öz qoşunlarını oradan çıxarmaq qərarına gələndə, söhbət Əfqanıstan ordusunun yüksək döyüş qabiliyyətindən gedirdi. Bu ordu vəziyyəti düzəltməli idi, hansı ki, birgə səylərlə bunu etmək mümküb olmayıb. Bu ordunun bunu etmək iqtidarında olmadığı aydın olanda, dedilər ki, əfqanlar ən azı yarım il, sonra üç ay, nəhayər, üç həftə tab gətirəcək. Bir çox şərhçilər Əfqanıstan ordusundan məyus olmuşdu, bu ordu, ümumiyyətlə, vuruşmadı, bu zaman öz riyakarlıqlarını hiss etmirdilər.
Bu ordu döyüşsəydi, nə baş verəcəkdi? Bir- iki min və ya on minlərlə çox insan həlak olacaqdımı? Əlil olanların, qaçqınların, dağıntıların sayı artacaqdımı?
 
Əslində mən bundesliqada (inanılmazdır, "Bohum" "Bavariya" üzərində qələbə qazanıb!) oyunların nəticələrinə baxmaq istəyirəm, amma yenə də ekranın aşağısında qaçan sətirlərdə məlumat verilir: Putinlə Bayden arasında telefon danışığı baş tutub. Bundan əvvəl Makron Putinlə telefonla danışıb. Baydenlə Putin arasında söhbət nə qədər davam edib?
 
Nə zaman hadisələr başqa səmtə yönəlib?
 
Bu həngamə, ümumiyyətlə, nə zaman baş verib? 
1990-cu ildə bir hərbi blokun ləğvi və digərinin güclənməsi. Biz, şərqi almanlar Varşava Müqaviləsi Təşkilatının üzvü idik, birdən NATO-ya üzv olduq. Hər şey elə sürətlə baş verdi ki, bu, cəmiyyətdə də müzakirə edilməyə başladı.
2008-ci ildə Buş Gürcüstan və Ukraynanın NATO-ya daxil olmaları barədə sorğularına müsbət yanaşdı. O zamandan müntəzəm olaraq Rusiya ilə Qərb arasında münasibətlər pisləşir.
 
Yenə də qaçan sətirlər: Kiyevdə çoxminli nümayiş. Tədbir iştirakçıları əllərində Ukrayna bayrağı və üzərində "Ukraynaya eşq olsun!" və "Təcavüzkarlara ölüm!" sözləri yazılan şüarlarla addımlayır.
 
Alman siyasətçisi Byutikofer müdaxlə ediləcəyi təqdirdə Ukraynaya silah tədarük eməyi tələb edir. Vaxtilə orduda xidmət etməkdən və ideya baxımından silah gəzdirməkdən imtina edənlər bu gün silahlardan danışır və hamını silahlandırmaq istəyir. Əgər bu gün hələ də ümumi hərbi mükəlləfiyyət mövcud olsaydı və biz həmişəki kimi valideynlərimizin, qardaşlarımızın, oğullarımızın, nəvələrimizin, dostlarımızın və ya özümüzün müharibəyə gedəcəyimizə görə qorxu hissi keçirsəydik, baş verənlərə başqa cür müzakirə edəcəkdikmi?
 
Hətta bundesver bütün silahlarını Ukraynaya versəydi belə, məgər bu, münaqişənin həllini və qarşılqlı təhlükəsizlik zəmanətləri əldə etməyi az da olsa yaxınlaşdıracaqdımı?
 
Növbəti çərşənbə axşamı məqalə başqa cür olacaq
 
Ümid edirəm ki, iki prezident hələ də telefonla danışır. Bayırda qaranlıq düşüb. Mən bu gün xəbərlərə baxmamağa and içmişəm. Ola bilsin ki, bazar ertəsinədək dözə bildim. Çərçənbə axşamı və ya çərşənbə günü başqa məqaləni yazacağammı? Növbəti şənbə günü mən bir tədbirə qatılacağam, orada söhbət Belarusdakı dəhşətli vəziyyətdən
gedəcək, bu barədə az adam danışır.
 
Olaf Şults Kiyevə və Moskvaya uçarkən, mən məqalə üzərində işləyəcəyəm, vaxtım azdır. Bu məqalədə söhbət dialoqun davam etdirilməsi zərurətindən, problemi heç bir halda sadələşdirməməkdən, bir də xeyirlə şərin eyni məna daşımasının yalnız nağıllarda mövcud olmasından gedəcək. Söhbət həm də ondan gedəcək ki, mənim dediklərim həmsöhbətimdən aslıdır. Eyni zamanda onun da dedikləri mənim təsirimə məruz qalır. Mən onu eşidə biləcəyəmmi və o, mənim onun hadisələrə baxışını qəbul edəcəyimi hiss edirmi?
Mən nəyi nəzərdə tuturam?
Biz onunla müxtəlif insanlarıq. Biz digərimizin qorxusunu anlamalıyıq, hətta mənə elə gəlsə ki, digərində qorxu üçün əsas yoxdur. 
Mən bütün diqqətimi cəmləşdirməliyəm ki, qaçan sətirlərə gözüm dəyməsin. Yoxsa bunun nəyi həftəsonu olacaq ki?

Tarix: 17-02-2022, 22:11
Xəbəri paylaş





Xəbər lenti