ABŞ İrandan Rusiyaya silah göndərilməsini ifşa etmək və qarşısını almaq üçün “bütün vasitələr”dən istifadə edir

Çərşənbə axşamı ABŞ bildirib ki, İran silahlarının Rusiyaya göndərilməsini ifşa etmək və qarşısını almaq üçün “bütün mövcud alətlərdən” istifadə edir.
Bu barədə  çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib, Turan-ın Vaşinqton müxbiri məlumat verib.
“Biz Rusiyanın İrandan “yer-yer” raketləri ala biləcəyindən narahatıq, yəqin ki, bunlardan Ukraynaya qarşı istifadə edəcək”, –  Prays mətbuat üçün gündəlik brifinqdə deyib.
Vaşinqton artıq bir neçə aydır ki, İran pilotsuz təyyarələrinin yayılmasını izləyir və “sanksiya və digər maliyyə tədbirləri şəklində cavab tədbirləri axtarır”.
Praysın şərhləri çərşənbə axşamı Ukrayna hərbi kəşfiyyatı noyabrın əvvəlində İranın Rusiya qüvvələrinə “Həştərxanda Xəzər dənizi vasitəsilə 200-dən çox döyüş pilotsuz təyyarə, o cümlədən “Araş 2” göndərməyi planlaşdırdığını bildirdikdən sonra səslənib.
Həmin mənbəyə görə, pilotsuz təyyarələr sökülmüş vəziyyətdə çatdırılır, Rusiyaya çatdıqdan sonra “yığılacaq, yenidən rənglənəcək və Rusiya işarələrilə markalanacaq “.
Çərşənbə axşamı ABŞ KİV-i ayrı-ayrılıqda rəsmi şəxslərə istinadən bildirib ki, İran Rusiyanı böyük ballistik raket partiyası ilə təmin edir.
Turan-ın müxbirinin “Vaşinqton bu məsələ ilə bağlı Xəzər dənizi ölkələrinə müraciət edibmi” sualının cavabında Ned Prays deyib: “Hesab edirəm ki, bu ölkələr Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı mübarizədə tərəfdaşdırlar. Biz bütün dünyada ölkələrin, o cümlədən Xəzər regionu ölkələrinin tutduqları bu mövqeni  görməkdən məmnun olduq”.
“Rusiyanın Ukraynaya hücumuna və Moskvanın ABŞ və ya beynəlxalq sanksiyalardan yayınma cəhdlərinə yardım edən istənilən ölkəyə bunun nəyə başa gələcəyini və bunun nəticələrini çox açıq şəkildə bildirmişik”, – o vurğulayıb.
ABŞ İran və Rusiya arasında hərbi tərəfdaşlıqdan narahatdır. Aydındır ki, İran rejimi bu tərəfdaşlığı dərinləşdirmək üçün addımlar atır. Rusiya ağır vəziyyətdədir, əks halda İran və ya Şimali Koreya ilə tərəfdaşlıq axtarmazdı, Prays əlavə edib.
Öz növbəsində Pentaqon da Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün İrandan hücum silahları almaq cəhdlərindən narahatlığını bildirib.
 “Rusiyanın Ukraynada istifadə etmək üçün İrandan “yer-yer” raketləri almaq cəhdlərilə bağlı narahatlıq var”, – General Pet Rayder jurnalistlərə deyib.
Öz növbəsində Ağ Ev işarə edib ki, problemin həlli üçün “bir sıra variantları nəzərdən keçirir”.
 “Gəlin, unutmayaq ki, Tehran rejimi özünü açıq şəkildə və könüllü olaraq ukraynalıların qətlinə şərik edir”, – Milli Təhlükəsizlik Şurasının üzvü Con Kirbi deyib.
Contact.az
Tarix: 2-11-2022, 21:35
Xəbəri paylaş





Xəbər lenti