Paşinyan: “Soçidə Rusiya sülhməramlıları ilə bağlı təklifimiz qəbul olunmadı”


“Təklif qəbul olunmasa da, gündəmdə olan məsələyə çevrilib”
“Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin edən ən mühüm amil onların hüquq və təhlükəsizliyini təmin etmək üçün etibarlı mexanizmlər və təminatlar yaradılana qədər Rusiya sülhməramlılarının mövcudluğudur”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə deyib.
“Soçidə keçirilən üçtərəfli görüşdə Rusiya sülhməramlılarının Qarabağdakı mandatının 5-10-20 il və ya qeyri-müəyyən müddətə uzadılması təklifimiz qəbul olunmadı. Baxmayaraq ki, beşillik müddət bitdikdən sonra onların iştirak mandatı, tərəflərdən heç biri buna qarşı çıxmasa, avtomatik olaraq uzadılır, lakin bu qərarın konsolidasiyası təklifi var idi”, - Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, təklif qəbul olunmasa da, gündəmdə olan məsələyə çevrilib.
Tarix: 2-11-2022, 21:37
Xəbəri paylaş





Xəbər lenti