Xarici şirkətlərin Rusiya bazarından çıxmasının nəticəsi-120 milyard dollar zərər, yarım milyondan çox işsiz


 
Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq xarici şirkətlərin təxminən 42%-i ölkə bazarından çıxdığını elan edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Re: Russia” jurnalı məlumat yayıb.
Jurnalın informasiyasına əsasən əcnəbi firmaların  40%-i Rusiyada hələ işləməyə davam edir, qalanları ölkədə fəaliyyətlərini ya dayandırıb, ya da məhdudlaşdırıb.
Verilən rəqəmlərə görə, 2022-ci ilin oktyabr ayının sonuna qədər 1271 şirkət Rusiya bazarında olmadığını açıqlayıb. Böyük Britaniya, İrlandiya, Litva, Polşa, Finlandiya və Çexiya mənşəli şirkətlər Rusiyada mövcud olan bütün müəssisələrin 60% -ni kütləvi surətdə bağlayıb. Bundan başqa, ABŞ firmalarının 53%-i və Macarıstan, Almaniya, İtaliya, Fransa və Yaponiya müəssisələrinin 30%-ə qədəri Rusiyada artıq yoxdur.
Qeyd olunur ki, Rusiya bazarından əsasən İT və konsaltinq, eləcə də onlayn xidmətlərlə bağlı şirkətlər yoxa çıxıb. Bununla yanaşı, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən əcnəbi müəssisələrin 91%-i, əczaçılıq sahəsində çalışan xarici qurumların 88%-i, metallurgiya sahəsində işləyən şirkətlərin 79%-i Rusiyada hələ də qalıblar.
Ayrılan və gedən şirkətlərin illik Rusiya gəliri təqribən 120 milyard dollar olub və onlar 673 min nəfəri işlə təmin ediblər. Qalan firmalar Rusiyada təqribən 175 milyard dollar qazanır və 603 min nəfəri işlə təmin edir.
Rusiyadan ayrılacaqlarını elan edən ən böyük şirkətlər “Volkswagen”, “Renault”, “Toyota” və “Daimler”, həmçinin “Apple”, “Pepsi”,  “Leroy Merlin”, “OSTC Group”, “Auchan” və “KIA Motors” kmi iri korporasiyalardır.
Tarix: 3-11-2022, 21:37
Xəbəri paylaş





Xəbər lenti