Koreya yarımadasında gərginlik artır: 80 döyüş təyyarəsi havaya qaldırılıb



KXDR 180-dən çox  təyyarəni havaya buraxdıqdan sonra Cənubi Koreya 80 döyüş təyyarəsi qaldırıb
Cənubi Koreya 180-dən çox Şimali Koreya döyüş təyyarəsinin hərəkətə gətirildiyini qeydə aldıqdan sonra ən azı 80 döyüş təyyarəsini havaya qaldırıb. AYNA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, yerli vaxtla saat 11:00-dan 15:00-a qədər Cənubi Koreyanın hərbi mütəxəssisləri iki yüzə yaxın Şimali Koreya hərbi təyyarəsinin hərəkətə gətirildiyini aşkar ediblər. Xüsusilə, onlar KXDR-in daxili ərazilərində, eləcə də ölkənin qərb və şərq sahilləri yaxınlığında səmada qeydə alınıb. Hərbçilərin sözlərinə görə, söhbət bombardmançılardan, həmçinin MiQ və Su qırıcılarından gedir.
Buna cavab olaraq Seul “F-35A” da daxil olmaqla, onlarla qırıcısını havaya qaldırmaq qərarına gəlib.
Qeyd edək ki, bundan əvvəl, noyabrın 2-də Şimali Koreyanın Yapon dənizindəki bufer zonasına 100 artilleriya atəşi açdığı bildirilmişdi. O da məlum olub ki, KXDR Yapon dənizi və Sarı dənizə müxtəlif tipli ən azı on raket atıb, onlardan biri isə Yapon dənizindəki şimal sərhəd xəttindən 26 kilometr cənubda beynəlxalq sulara düşüb.
Tarix: 4-11-2022, 20:59
Xəbəri paylaş





Xəbər lenti