Rusiya-Ukrayna müharibəsi niyə uzanır və tərəflərdən birinə qalib gəlməyə kim imkan vermir? – DETALLAR


Artıq 1 ilə yaxındır ki Rusiya-Ukrayna müharibəsi davam edir. Hər iki tərəf müxtəlif üstünlüklər əldə etsə də, ortada heç bir real nəticə yoxdur. Yəni nə məğlub, nə də qalib tərəf müəyyən edilmir. Müharibənin davam etməsi isə daha çox insn tələfatı, daha çox dağıntıların olması ilə nəticələnir. Üstəlik Rusiya-Ukrayna savaşı dünyanın siyasi nizamının pozulmasına, eləcə də iqtisadi vəziyyətin ağırlaşmasına səbəb olub. Bəs görəsən müharibənin bu qədər uzanmasının səbəbi nədir?
Mövzunu KONKRET.az-a şərh edən “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev bildirib ki, Rusiya Ukraynada lazımsız və nəticəsiz müharibə aparır: “Təəssüf ki, Ukrayna kimi gözəl bir ölkənin ərazilərinin yarısında infrastruktur məhv edilib. Təxminən 15 milyondan artıq ukraynalı qaçqın və məcburi köçkünə çevrilib. Artıq bu müharibənin nə Ukraynanın, nə də Rusiyanın qalibiyyəti ilə yekunlaşacağının qarantı yoxdur. Rusiyanın müharibəyə başlaması nə qədər yanlış addım idisə, Ukraynanın Qərbin əlində alətə çevrilərək Kremlə qarşı qurulan oyunda iştirakı da bir o qədər səhv idi. Məhz Ukraynadakı aktyor truppasının hakimiyyətdə qaldığı müddətdə rəsmi Kiyevin proseslərə real yanaşması mümkün deyil. Ukraynanın ərazi bütövlüyünə təhdid yaradıldığı, Rusiyanın işğalçılıq siyasəti yürütdüyü açıq-aşkar ortadadır. Amma bununla yanaşı Ukraynanın Rusiyaya qarşı aşağılayıcı ritorika nümayiş etdirməsi mövcud vəziyyətin formalaşmasına zəmin yaradıb. Beləliklə də Rusiya Ukraynaya hərbi müdaxiləyə təhrik edilib”.
Politoloqun sözlərinə görə, bu vəziyyətdən çıxmaq üçün yeganə alternativ qüvvə olan Türkiyənin təkliflərinə də Ukrayna tərəfi hələ adekvat cavab vermir: “Ona görə də hesab edirəm ki, müharibənin uzanmasında maraqlı olan Qərb qüvvələri nə Ukraynanın, nə də Rusiyanın qalib gəlməsinə imkan verməyəcək. Əslində Ukraynaya Rusiyanın gücü qarşısında tab gətirəcək dərəcədə dəstək verilir. Əksinə rəsmi Kiyevin müharibənin taleyini qısa müddətdə dəyişərək qələbə qazanması üçün yetərli yardım edilmir. Burada başlıca hədəf Rusiyanın Ukraynada bataqlığa sürüklənməsi və onun böyük hərbi potensialının tükədilməsidir. Çünki ABŞ və Qərb Çinlə aparacağı iqtisadi müharibələrdə ən böyük təhlükənin Rusiya olacağını yaxşı bilir. Hesab edirəm ki, Rusiyanın hərbi gücü zəiflədilmədiyi, onun dünya liderliyi uğrundakı iddiaları məhv edilmədiyi təqdirdə, Kremlin Ukraynadakı müharibəsi yekunlaşmayacaq”.
Tarix: 4-11-2022, 21:32
Xəbəri paylaş





Xəbər lenti