Çin ilk dəfədir ki, Putinə barmaq silkələyib: Avrasiya qitəsində böhrana yol vermək olmaz

Çin ilk dəfədir ki, Putinə barmaq silkələyib: Avrasiya qitəsində böhrana yol vermək olmaz
"Çin lideri beynəlxalq birliyə müraciət edərək, Avropa qitəsində böhrana yol verməməyə çağırış edib..."
 "Si Tszinpinin sözləri Moskvaya çox vacib mesajdır..."
 
Çin Xalq Respublikasının sədri Si Tszinpin Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsla Pekində görüşündə qəti şəkildə Ukraynada hərbi münaqişənin eskalasiyasına qarşı çıxıb və Rusiyanın nüvə silahının tətbiq edilməsi təhdidlərini kəskin şəkildə pisləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
 
Çin lideri beynəlxalq birliyə nüvə zərbələrinin Avropa qitəsində qaçılmaz olaraq gətirib çıxaracağı böhrana yol verməməyə çağırış edib. 
 
O, həmçinin münaqişə tərəfləri arasında birbaşa təmasların və sülh danışıqlarının bərpasının zəruriliyi barədə bəyan edib.
 
Nəşrin ekspertləri Çin liderinin ilk dəfə Ukrayna hadisələrinə belə birmənalı fikir bildirməsinə diqqət çəkib.
 
O cümlədən, politoloq Cozef Qreqori Maxoninin fikrinə görə, Şoltsla görüşdə Si Tszinpinin sözləri "Moskvaya çox vacib mesaj" kimi dəyərləndirilməlidir.
 
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və ali hakimiyyət eşelonundan olan başqa məmurlar dəfələrlə bəyan edib ki, Rusiya nüvə silahı tətbiq edə bilər.
 
Məsələn, sentyabrın 21-də səfərbərlik elan ediləndən və Ukrayna qoşunlarının gözlənilmədən əkshücumunun gedişində Xarkov vilayətini azad etdikdən sonra prezident özünün telemüraciətində deyib ki, Rusiyanın ərazi bütövlüyünə təhlükə olacağı təqdirdə bütün metodlardan, o cümlədən nüvə silahından istifadə edəcək və "bu, blef deyil".
 
Dünən "Nyu York Tayms" qəzeti məlumat verib ki, Rusiyanın generaliteti Ukraynaya qarşı nüvə silahının tətbiqi mövzusunda müşavirə keçirib.
 
Bu gün Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bəyan edib ki, Rusiya "düşmənlərinin hamısını cəhənnəmə göndərməyə hazırdır".
Tarix: 5-11-2022, 09:03
Xəbəri paylaş





Xəbər lenti