“Rejimi silkələyin” - Kazanda səfərbərliyə cəlb edilənlər generalı söyərək qovdular



Qruplar generallardan birinin və digər zabitlərin olduğu çadırı mühasirəyə alıblar
Tatarıstanın Kazan şəhərində səfərbərliyə cəlb edilən qəzəbli çağırışçılar generalı nalayiq ifadələr işlədərək düşərgədən qovublar.
AYNA xəbər verir ki, Rusiyanın “Telegram” kanallarında yayımlanan hadisə yerindən çəkilmiş videodan görünür ki, səfərbərliyə cəlb edilmiş qruplar generallardan birinin və digər zabitlərin olduğu çadırı mühasirəyə alıblar. Onlar generalın düşərgəni tərk etməsini tələb ediblər.
Daha sonra general çadırı tərk edərək qəzəbli kütlə ilə dialoqa başlamağa çalışıb. Lakin onlar generala söyüş söyərək düşərgədən qovublar.
Eyni zamanda, səfərbər olunanlar Putinin “rejimi silkələyin” deyə çağırış ediblər.
Tarix: 7-11-2022, 07:59
Xəbəri paylaş





Xəbər lenti