Şimali Koreyadan Rusiyaya şübhəli qatar keçib-yükün silah olduğu ehtimal edilir


ABŞ bir neçə gün əvvəl Pxenyanın Rusiyanı gizli şəkildə artilleriya mərmiləri ilə təmin etdiyini bildirib. Bu məlumatın yayılmasından iki gün sonra, cümə günü şübhəli yük qatarının Şimali Koreyadan Rusiyaya keçdiyi bildirilir.
Bu barədə Şimali Koreyadakı hadisələri izləyən “38north” internet səhifəsində yer alan peyk görüntülərinə istinadən Reuters agentliyi məlumat yayıb.
“38north” internet səhifəsində yer alan peyk görüntülərindən görünür ki, bir neçə vaqondan ibarət olan qatar Tümen çayı üzərindəki körpüdən keçərək Rusiya ərazisinə daxil olub.
Məlumatda bir neçə ildə sözügedən marşrutda ilk dəfədir belə bir qatar hərəkətinin müşahidə olunduğu vurğulanır.
Rusiyanın baytarlıq xidməti isə çərşənbə günü atları daşıyan bir qatarın Şimali Koreya sərhədini keçdiyini bildirib.
Azadlıq radiosu
Tarix: 7-11-2022, 08:44
Xəbəri paylaş





Xəbər lenti