Rişi Sunak həyat yoldaşının Rusiya ilə biznes əlaqəsinə görə xoşagəlməz vəziyyətə salındı...

Rişi Sunak həyat yoldaşının Rusiya ilə biznes əlaqəsinə görə xoşagəlməz vəziyyətə salındı...
"Mən seçilmiş siyasətçiyəm, həyat yoldaşımın deyil, özümün məsul olduğum şeylərdən danışmalıyam..."
 
"Britaniya vergiödəyiciləri Ukraynaya maliyyə yardımı edir, sizin ailəniz Putin rejimi olan ölkədə qazanc əldə edir..."
 
Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak həyat yoldaşının Rusiyada bizneslə məşğul olan hind şirkəti ilə əlaqəsi olduğunu təkzib edə bilməyib.
 
Moderator.az xərbər verir ki, bu barədə "Novoye izdaniye" nəşri məlumat verib.
 
Britaniyanın "Sky News" xəbərlər telekanalının aparıcısı birbaşa efirdə Sunakla ünsiyyətdə olarkən bu yaxınlarda media məkanında dolaşan informasiyanı səsləndirib.
 
Söhbət ondan gedir ki, Sunakın həyat yoldaşı İT-konsaltinqlə məşğul olan "İnfosys" hind şirkətində paya malikdir, bu firmanın indiyədək Moskvada ofisi var və Rusiyanın "Alfa Bank"ı ilə əməkdaşlıq edir.
 
"Mən seçilmiş siyasətçiyəm və burada həyat yoldaşımın deyil, özümün məsul olduğum şeylərdən danışmalıyam", - Rişi Sunak cavab verib.
 
Aparıcı bununla razılaşıb ki, baş nazirin həyat yoldaşı siyasətçi deyil, lakin ailənin biznes əlaqələri Britaniya vergiödəyicilərinin Ukrayna üçün maliyyə yardımı etdiyi və öz evlərində müharibə səbəbindən xaricdə olan ukraynalıları qəbul etdiyi dönəmdə qəribə görünür.
 
"Görünən odur ki, bu zaman sizin ailəniz Putin rejimi olan ölkədə qazanc əldə edir", - jurnalist qeyd edib.
 
"Düşünmürəm ki, bu, belə haldır, dediyim kimi, bütün şirkətlərin fəaliyyəti onların öz işidir. Biz xeyli sanksiyalar tətbiq etmişik və cavabdeh olduğumuz bütün şirkətlər onlara lazım olduğu kimi riayət edir və Putin təcavüzünə dəqiq cavab verir", - Sunak deyib.
 
Onun "İnfosys" barəsində də eyni şeyləri deyə bilərmi sualına baş nazir belə cavab verib: "Mənim bu barədə qətiyyən məlumatım yoxdur, çünki bu şirkətlə əlaqəli deyiləm".
 
Xatırladaq ki, Rişi Sunak oktyabrın sonunda Liz Trassı baş nazir postunda əvəz edib. 
 
Sunakın həyat yoldaşı Akşata Murti Hindistanın ən varlı adamlarından biri olan Naryana Murtinin qızıdır.
 
Sunakların ümumi sərvəti "Sunday Times Rich List"-in məlumatına görə 730 milyon funt sterlinq (827 milyon dollar) təşkil edir.
 
"Washington Post" qeyd edir ki, Sunak sərvəti Böyük Britaniya kralından çox olan ilk baş nazir olacaq.

Tarix: 7-11-2022, 09:37
Xəbəri paylaş





Xəbər lenti