Çin “Böyük yeddilik” ölkələrini ittiham edib



XİN G7 ölkələrini Çinin daxili işlərinə qarışmamağa və Pekini ləkələməməyə çağırıb
““Böyük yeddilik” (G7) ölkələri digər ölkələrin daxili işlərinə qarışmaqdan və onlar arasında qarşıdurma yaratmaqdan əl çəkməlidir. Bunun əvəzində G7 qlobal əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaratmalıdır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Zhao Lijian bildirib.
Çin diplomatı əmindir ki, G7 Pekini qaralamaqla məşğuldur: “Bu, uyğur əhalisinin hüquqları, Tayvan və Honq-Konqun statusu da daxil olmaqla, bir sıra məsələlərdə Çinin mövqeyinə ziddir. G7 ölkələri Tayvan ətrafında sülh yolu ilə nizamlanmaya çağırdıqları bəyanatda buna məhəl qoymayıblar”.
“G7 ölkələri XİN başçılarının birgə bəyanatı Çinin mövqeyinə və obyektiv faktlara məhəl qoymur, Çinin daxili işlərinə kobud şəkildə müdaxilə edir. Çini şər və böhtanlarla təhqir edilir. Pekin buna kəskin narazılığını bildirir və qəti şəkildə qarşı çıxır”, - Çin XİN rəsmisi vurğulayıb.
Diplomat Qərb ölkələrini “soyuq müharibə zehniyyətindən və ideoloji ön mühakimələrdən yapışmağı dayandırmağa” çağırıb.
Tarix: 7-11-2022, 21:13
Xəbəri paylaş





Xəbər lenti