Rusiya “sülhməramlı”larının Qarabağdakı ilk komandanından Putinə şikayət olundu…




Rusiya “sülhməramlı”larının Qarabağdakı ilk komandanından Putinə şikayət olundu…
“155-ci dəniz briqadası 300 nəfər döyüşçüsünü və hərbi texnikasının 50%-ni itirib…”
 
Rusiya sosial şəbəkələrində  Ukraynanın Donetsk vilayətinin Uqledar şəhəri yaxınlığında əks-hücum cəhdi zamanı Ukrayna Silahlı Qüvvələri tərəfindən darmadağın edilən Sakit okean donanmasının 155-ci dəniz briqadasının əsgərlərinin  Primorsk vilayətinin qubernatoru Oleq Kojemyak vasitəsilə ali baş komandan V.Putinə ünvanlanmış şikayət məktubu dərc olunub.
 
Moderator.az xəbər verir ki, bu haqda İsrail mediası məlumat yayıb.
 
Şikayət məktubunda hərbçilər xüsusən 2020-ci il noyabrın 10-dan Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilmiş Rusiya “sülhməramlı”larının komandanı general-leytenant Rüstəm Muradovdan narazılıq edirlər.
 
“Gerasimov qarşısında(RF ordusunun baş qərargah rəisi-S.L.) xal qazanması üçün general Rüstəm Muradov və onun həmyerlisi,  Rusiya qəhrəmanı adı vəd etdiyi Axmedov bizi yenə də anlaşılmaz hücuma atdılar. Nəticədə biz və Kamçatkanın dəniz piyadaları Pavlovkaya doğru hücum etdik.
 
"Nəhəng generallar”ın “diqqətlə” planlaşdırılmış hücumu nəticəsində 4 gün ərzində 300-ə yaxın insanımızı itirdik, həlak olduq, yaralandıq, itkin düşdük və hərbi texnikamızın 50%-ni itirdik.
 
Bu,  təkcə bizim briqadanın itkiləridir.  Dairə komandanlığı Axmedovla birlikdə məsuliyyətdən qorxaraq bunu gizlədir və "rəsmi" itki rəqəmlərini göstərir.
 
Nə vaxta qədər Muradov, Əhmədov kimi nadan komandirlər öz hesabatları üçün hərbi əməliyyatlar planlaşdırıb bu qədər insanın həyatı bahasına mükafatlar alacaqlar. Onların heç nə vecinə deyil. Onlar insanları "ət" adlandırırlar.
 
Sizdən ali baş komandana(V.Putinə- S.L.) müraciətimizi çatdırmağı xahiş edirik ki,  Muradovun Gerasimov tərəfindən qorunduğu Müdafiə Nazirliyindən deyil, müstəqil komissiya göndərsinlər.  Qoy onlardan  belə əməliyyatların məqsədi, təminatı və nəticəsi soruşulsun.
 
Artıq nə qədər dözmək olar?!.”- Rusiya dəniz piyadalarının müraciətində belə deyilir.
 
Sultan Laçın

Tarix: 7-11-2022, 21:33
Xəbəri paylaş





Xəbər lenti