Rusiyada müharibə tərəfdarlarının sayı kəskin şəkildə azaldı - müstəqil sorğu


 
Rusiyada Ukraynada hərbi əməliyyatların davam etdirilməsi tərəfdarlarının sayı artıq 25%-dən 16%-ə düşüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Meduza” portalı məlumat yayıb.

Araşdırmanın nəticələrinə əsasən, hərbi əməliyyatlara dəstəyin zirvə həddi 2022-ci ilin mart-aprel aylarında olub, payızda isə bu rəqəmlər tədricən azalmağa başlayıb.

“Russian Field” təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, Rusiyada “sülh partiyası” tərəfdarlarının sayında da artım görünür. (23%-dən 27%-ə).

Müharibəyə ən çox tənqidi yanaşanların qadınlar, gənclər və aztəminatlı insanlar olduğu qeyd edilir.

Bununla birlikdə rusların əksəriyyəti ölkə rəhbərliyinə güvəndiklərini və onu istər yeni hücum əmliyyatlarının aparılmasında, istərə də hərbi əməliyyatların dayandırdığı təqdirdə dəstəkləməyə hazır olduqlarını bildiriblər.

“Russian Field”ə görə, işğalı dəstəkləyənlərin yalnız yarısı müharibənin zəruri olduğuna inandığını ifadə edib.
Tarix: 8-11-2022, 09:29
Xəbəri paylaş





Xəbər lenti