“Müharibə Avropa ərazisinə qayıdır” - Makron elan etdi


Fransa Prezidenti Avropaya müharibənin qaytarıldığını açıqlayıb
“Müharibə Avropa ərazisinə qayıdır. Ona görə də Paris hərbi məqsədlərini rəsmiləşdirməlidir”. AYNA “Reuters”ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Makron bildirib ki, Fransa ölkəsinin 2030-cu ilin sonuna qədər qüvvədə olacaq hərbi strategiyasını təqdim edəcək. Sənəddə ölkənin 2030-cu ilə qədər müdafiə mövqeyi göstəriləcək, lakin büdcənin təfərrüatlarına toxunulmayacaq.
“Ukraynadakı müharibə bizə Avropanın müdafiəsi məsələlərində əhəmiyyətli irəliləyiş əldə etməyə imkan verdi. Biz indi elə bir vəziyyətdəyik ki... Fransa nüvə silahına malik yeganə Avropa İttifaqı (Aİ) ölkəsidir. Bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur”, - deyə Fransa Prezidenti söyləyib.
Makronun sözlərinə görə, Fransanın hərbi doktrinası millətin köklü maraqlarına xidmət edəcək.
Sənəddə ölkənin nüvə müharibəsinin qarşısının alınmasına töhfə verəcəyi nəzərdə tutulur. Bundan əlavə, Paris müstəqil və ya koalisiyanın tərkibində hərbi əməliyyatlar, o cümlədən yüksək intensivlikli əməliyyatlar keçirə biləcək.
Tarix: 9-11-2022, 21:53
Xəbəri paylaş





Xəbər lenti