“Taliban” əfqan qadınlardan üzr istədi: “Zərif cinsin nümayəndələri üçün islami mühit yarada bilməmişik”


 
Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatının nümayəndəsi ölkədə qadınların əyləncə parklarına getmələrinə qadağanın tətbiq edildiyini təsdiqləyib.
Bu barədə Əfqanıstanda yaradılan Yaxşılıqlara təşviq etmə və qadağalardan çəkindirmə nazirliyinin başçısı Məhəmməd Sadiq Akif deyib.
O vurğulayıb ki, hakimiyyətdə olduqları 15 ay ərzində rəhbərlik etdiyi qurum zərif cinsin nümayəndələri üçün uyğun islami mühit yarada bilməyib:
“Ona görə də hazırda əyləncə parkları xanımların üzünə qapadılıb. Bu qadağa müvəqqətidir, əyləncə parklarında tələb edilən islami mühit təmin olunan kimi qadağalar aradan qalxacaq”.//Oxu.az
Tarix: 11-11-2022, 08:20
Xəbəri paylaş





Xəbər lenti