ABŞ Rusiyanı bazar iqtisadiyyatı statusundan məhrum etdi


ABŞ Rusiyanı bazar iqtisadiyyatı statusundan məhrum etdi

ABŞ Ticarət Nazirliyi Rusiyanı bazar iqtisadiyyatı statusundan məhrum edib. Rusiya müvafiq statusu 20 il əvvəl alıb. Qeyd olunur ki, o, Rusiya Federasiyasından gələn mallara antidempinq rüsumlarının hesablanmasını məhdudlaşdırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters"  məlumat verib.
ABŞ Ticarət Nazirliyi Rusiya hakimiyyətinin iqtisadi proseslərə böyük müdaxiləsinin qiymətlərin və xərclərin təhrif edilməsinə səbəb olduğunu vurğulayıb. Bu səbəbdən Rusiya şirkətlərinin ABŞ-a mal idxalı üçün qiymətləri ədalətli müəyyən edib-etmədiyi məlum deyil.
"Bu qərar ABŞ-a Rusiya hökumətinin onların iqtisadiyyatına artan müdaxiləsi nəticəsində yaranan bazar təhriflərini aradan qaldırmaq üçün ABŞ-ın antidempinq qanunlarının bütün gücündən istifadə etmək imkanı verir", - nazirliyin bəyanatında deyilir.
Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Qərb ölkələri Rusiya iqtisadiyyatına ciddi zərbə vuran sanksiya məhdudiyyətləri tətbiq edib. Belə ki, Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib ki, Avropada qazın qiyməti avqust ayından etibarən davamlı olaraq azalır, bu, avropalılar üçün yaxşı tendensiyadır və Rusiya üçün gəlirlərin azalması deməkdir.
Üstəlik, Moskva öz nefti üçün yeni bazarlar tapa bilmir. Təcavüzkar Rusiya neftinin dəniz ixracına dair Avropa İttifaqının sanksiyaları dekabrın 5-də qüvvəyə minənədək neft bazarlarını özü üçün təmin etmək niyyətindədir.
Qeyd edək ki, fevralın 24-dən Rusiya prezidenti Vladimir Putinin Ukrayna ərazilərinə qoşun yeritməklə bağlı qərarından sonqa Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etmək barədə razılığa gəldilər. Tətbiq olunan məhdudiyyətlərin Rusiya iqtisadiyyatına vurduğu zərbə cəbhədə də görünməyə başlayıb. Artıq Rusiya işğal etdiyi bəzi ərazilərdən geri çəkilməyə məcbur olub.
Tarix: 11-11-2022, 10:44
Xəbəri paylaş





Xəbər lenti