Lavrov Qərbin ittihamlarını qulaqardına vuraraq Baliyə gəlib, rəqs edən qızlara tamaşa edib...

Lavrov Qərbin ittihamlarını qulaqardına vuraraq Baliyə gəlib, rəqs edən qızlara tamaşa edib...
"ABŞ Hind-Sakit okean regionunu azad və açıq, sabit və çiçəklənən, dayanıqlı və təhlükəsiz görmək istəyir..."
Nədən Putin G20 sammitinə getməkdən vaz keşib...
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 15-16 noyabra təyin edilən G20 sammitində iştirak ermək üçün İndoneziyanın Bali adasına gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "RUA Novosti" informasiya agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, Rusiya tərəfi sammitdə ərzaq və enerjiresurslarının, o cümlədən iri partiya taxıl və gübrə tədarükü və Türkiyə ilə qaz sahəsində əməkdaşlığın artrılması üzrə konkret təkliflər verməyi planlaşdırır.
 
Qeyd edilir ki, Lavrov milli geyimlərdə ənənəvi rəqslərlə qarşılanıb.
 
Noyabrın 13-də Cənib-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) sammitinin yekunlarına dair mətbuat konfransında Lavrov Qərb liderlərini Moskva və Pekinin Asiya-Sakit okean regionunda maraqlarına zərbə vurmaq niyyətlərinə görə ittiham edib.
 
"ABŞ və NATO üzrə müttəfiqləri bu məkanı mənimsəmək istəyir", - Lavrov deyib.
 
O, bəyan edib ki, Co Baydenin Hind-Sakit okean strategiyası "regional əməkdaşlıq üçün inklyuziv strukturları yan keçmək cəhdi" olub.
 
Bayden isə sammit iştirakçı ölkələrinin liderlərinə deyib ki, ABŞ  Hind-Sakit okean regionunu "azad və açıq, sabit və çiçəklənən, dayanıqlı və təhlükəsiz" region kimi qurulmasına sadiqdır.
 
Qeyd edək ki, Lavrov G20 sammitində Rusiya nümayəndə heyətinə başçılıq edəcək.
 
Kreml Putinin çox məşğul olması səbəbindən sammitdə iştirak etməyəcəyini bəyan edib. 
 
Rusiyalı politoloq Sergey Markovun fikrincə, Putinin şəxsi iştirakı yüksək sui-qəsd riski ilə bağlıdır. 
 
Həmçinin Rusiya liderinin təhqir edilməsi və ya xoşagəlməz vəziyyətə salınması kimi ekssesləri də inkar etmək olmaz.
Tarix: 14-11-2022, 08:18
Xəbəri paylaş





Xəbər lenti