"Mossad" Türkiyədə İranın özəkləri və kəşfiyyat şəbəkəsini izləyəcək..."



"İsrail kəşfiyyatı Türkiyə torpağında qətllər törətməyəcək..."
 
"Mossad" və Türkiyə kəşfiyyatı razılığa gəlib...
 
Moderator.az xəbər verir ki, İsrailin "Mossad" Xarici Kəşfiyyat Xidməti və Türkiyənin MIT Milli Kəşfiyyat Təşkilatı səkkiz paraqrafdan ibarət saziş imzalayıb.
 
Onlardan biri "Mossad" tərəfindən Türkiyə ərazisində qətllər törətməyəcəyi öhdəliyidir.
 
Oktyabrın 27-də Ankaraya rəsmi səfəri zamanı İsrailin müdafiə naziri Beni Qants özünün türkiyəli həmkarı Hulusi Akar və Türkiyə prezidenti Rəcən Tayyib Ərdoğanla görüşüb və Təl-Əvivlə Ankara arasında diplomatik münasibətlərin bərpası haqqında saziş imzalayıb.
 
Eyni zamanda, hamıdan gizli surətdə Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və İsrailin "Mossad" Xarici Kəşfiyyat Xidmətinin rəhbəri David Barnea iki ölkə arasında gələcəkdə kəşfiyyat məlumatlarının mübadiləsinin çərçivələrini müəyyən edən məxfi memorandum imzalayıb. Razılaşma əsasən ona yönəlib ki, Təl-Əvivə Türkiyədə İran özəklərini izləməyə imkan verilsin.
 
"İntelligenceonline" nəşrinin məlumatına görə, gizli saziş səkkiz paraqrafdan ibarətdir. Onlardan biri ŞABAK- ın Türkiyədə iştirakıdır. Bu, İsrail səfirliyi və konsulluğunun mühafizəsinin təmin edilməsi, terrorizmlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və casusluğa müqavimət göstərilməsi üçün zəruridir.
 
"Buradan belə çıxır ki, Türkiyədə yaşayan Fələstin vətəndaşları MIT tərəfindən güclü nəzarətə məruz qala bilər. 
 
"Mossad" öz tərəfindən dəqiq ləğvetməyə məsul olan bölmənin heç vaxt Türkiyə torpağında fələstinlilərə qarşı istifadə etməməyi öhdəsinə götürüb.
 
İkitərəfli kəşfiyyat sazişinin daha bir mərkəzi  xətti "Mossad"ın Türkiyədə İranın özəkləri və kəşfiyyat şəbəkəsinin müşahidə edilməsidir. 
 
Söhbət "Mossad"ın Zaqrebdə (Xorvatiya) və Berndə (İsveçrəzə) arxa bazaları tərəfindən dəstəklənən agentlərindən gedir.
 
Sazişdə həmçinin deyilir ki, TSAXAL-ın kəşfiyyat bölməsi Türkiyənin hərbi kəşfiyyatı ilə əsasən elektron kəşfiyyat (SIGINT) sahəsində əməkdaşlıq edəcək.
 
Sonda nəşr Türkiyə ilə İsrail arasında, habelə İsrail ilə Azərbaycan arasında münasibətlərin istiləşməsini qeyd edir:
 
"Azərbaycan Prezidenti İlham Əliyev onun ölkəsi, Türkiyə və İsrail arasında strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb".

Tarix: 14-11-2022, 09:06
Xəbəri paylaş





Xəbər lenti