Rusiyanın "ölümcül qış strategiyası": ABŞ Ukraynaya yardım etməsə... - ŞOK DETALLAR


"Ukrayna qüvvələrinin əsas cənub şəhəri Xersonu geri alarkən göstərdiyi sərtlik və göz qamaşdıran şücaət heyrətamizdir. Lakin Qərb Putini əsəbiləşdirməkdən qorxduğu üçün Ukraynaya əsas dəstəyi verməkdən imtina etsə, onları uğursuzluğa düçar edəcək".
Musavat.com xəbər verir ki, bu fikirlər "New York Post"da dərc olunan məqalədə öz əksini tapıb.
Bildirilir ki, sayca xeyli çox olan Ukrayna qoşunları əvvəlcə Rusiyanın işğalını dayandırıb, sonra isə böyük əraziləri geri alıb. Lakin bu, Putini mülki su və elektrik infrastrukturuna silsilə zərbələr endirməyə vadar edib:

"Xersondan geri çəkilmə Rusiyanın işğal etdiyi digər əraziləri qışa qədər əlində saxlamağa çalışması üçün açıq hazırlıqdır. Vaşinqton və Qərb Rusiyanın “ölümcül qış” strategiyasının əsasını təşkil edən dronları və raketləri vurmaq üçün Ukraynanın imkanlarını təkmilləşdirməyə ciddi yanaşmalıdır. Buraya prezident Co Baydenin çoxdan göndərməkdən imtina etdiyi təyyarələr də daxildir.
Bəli, Biden administrasiyası Ukraynaya yardım paketi təqdim etdi. Lakin Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun yeni təhlilinə görə, Ukraynanın öz təyyarələri Rusiya reaktivlərindən xeyli geri qalır və bu, səmada qələbə qazanmaq üçün müqaviməti, əsasən, yer-hava raket batareyalarına etibar etməyə məcbur edir".
Məqalədə vurğulanır ki, Rusiyanın öz strategiyasını dəyişdiyini unutmaq olmaz:
GettyImages-1238745728.jpg (170 KB)
"İndi o, azad Ukraynanı darmadağın etmək üçün PUA hücumlarından və daha böyük qanadlı raketlərdən istifadə edir. Lakin Qərb buun qarşısını almaqda Ukraynaya kömək edə bilər. Görünür, Rusiya Ukrayna ilə bağlı təşəbbüsünü ciddi şəkildə yenidən nəzərdən keçirir. Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milleyin sözlərinə görə, indi Zelenskinin danışıqlar masası arxasına keçməsi üçün doğru məqam deyil. Çünki hazırda yalnız Ukraynanın tam təslim olması Putini qane edə bilər. Bəzi ərazilərin Rusiyaya verilməsi ilə bağlı razılaşma isə Moskvanı daha da cəsarətləndirər və daha güclü hücuma keçməsini təmin edər".
Sonda qeyd olunur ki, Putinin nüvə müharibəsi ilə bağlı təhdidləri ABŞ-ın Ukraynaya qırıcı təyyarələr göndərməsinə mane olmamalıdır:
"Vaşinqton öz işini görməlidir. Ruslar qaçır. Gəlin ukraynalılara onları belə saxlamağa kömək edək..."
Tarix: 14-11-2022, 17:38
Xəbəri paylaş





Xəbər lenti