İşğalçı Rusiyanın baş müftisi "Rusiya əsl Allah xilafətidir" dedi...-RƏZALƏT

İşğalçı Rusiyanın baş müftisi
"Rusiya indi ənənəvi dəyərlərin qorunduğu, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh şəraitində yaşadığı əsl “Allah xilafəti”dir".
 Moderator.az rusdilli İslam saytlarına istinadla xəbər verir ki, hazırda Ukraynadakı həm xristian, həm də müsəlmanlara sözün əsl mənasında qan udduran bir dövlət haqqında bu rəzil fikirləri Rusiyanın baş müftisi Talqat Tadjuddin çərşənbə axşamı “Pravoslavlıq və İslam – dinlərarası dialoqun qlobal sülhə nail olmaqda rolu” adlı beynəlxalq konfransda ifadə edib. 
 
O, Rusiya müsəlmanlarının heç vaxt “İslam dövləti” terror qruplaşmasının üzvlərinin Suriyada müsəlman dövləti, xilafət qurduqlarına inanmadığını vurğulayıb.
 
"Xilafət o zaman olur ki, bütün insanlar bir-birinə hörmət edir və sülh şəraitində yaşayırlar. Bu gün Rusiya əsl Allah xilafətidir", - deyə üzdəniraq dini lider bildirib.
 
Sultan Laçın
Tarix: 17-11-2022, 08:29
Xəbəri paylaş





Xəbər lenti