Ukraynanın Avropa ilə sərhəd şəhərləri köçürülə bilər - VİDEO
Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, son kütləvi raket zərbələrindən sonra Ukraynanın qərb bölgələrində də enerji böhranı yaşanır. Məlumata görə, qışda Ukraynanın Avropa ilə sərhəd şəhərlərində əhalinin təxliyə olunacağı ehtimal edilir. “İvano-Frankovskun meri bəyanat verib ki, şəhər sakinləri qışda şəhəri tərk edə bilərlər”, - deyə jurnalist qeyd edib. O da bildirilib ki, Ukraynanın cənub bölgəsində isə su böhranı davam edir. Cənub vilayətlərinin rəhbərliyi yaxın həftələrdə problemi aradan qaldırmağa söz verib.