Türkiyədən Rusiyaya ağır zərbə


Türkiyədən Rusiyaya ağır zərbə. Rusiya elitası çaşqınlıq içindədir. Türkiyədən bu zərbəni gözləmirdilər.
Avropa İttifaqı, Böyük Britaniya, böyük 7-lər Rusiyanın neft satışına qarşı sanksiya tətbiq ediblər. Sanksiyanın məzmunu ondan ibarətdir ki, Rusiya neftinə yuxarı qiymət həddi qoyulacaq. Bu qiymətin dünya bazarındakı neft qiymətlərindən hər barelə görə 30- 40 dollar aşağı olacağı gözlənilir. Məqsəd odur ki, Rusiya neft çıxarıb satmaqda davam etsin, ancaq nefti aşağı qiymətə satmağa məcbur edilsin ki, neft gəlirlərilə Ukraynaya qarşı müharibəni maliyyələşdirə bilməsin, maliyyə gücü tükənsin və müharibəni dayandırmağa məcbur olsun.
İlk baxışda belə görünə bilər ki, bu sanksiyanı təmin etmək mümkün olmayacaq. Çünki dünyada hələ də xeyli sayda dövlət var ki, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Rusiyanın həmin dövlətlərə öz neftini neçəyə satacağına digər dövlətlər qərar verə bilməz.
Ancaq ilk baxışda belədir. Reallıqda isə Qərbin, xüsusilə də Böyük Britaniya və AB-nin sərəncamında beynəlxalq neft ticarətinə təsir etmək üçün ciddi mexanizmlər var.
Dünyada neft daşıyan tankerlərin sığortasının 95 faizini Londonda yerləşən və AB qanunları ilə tənzimlənən sığorta şirkətləri klubu təmin edir. Həmin sığorta şirkətləri BB və AB-nin Rusiyaya qarşı neft sanksiyası qərarına uyğun olaraq Rusiya neftini müəyyənləşdirilmiş qiymətdən baha alan şirkətlərin tankerlərini sığortalamayacaq. Beləliklə, AB və BB öz əlindəki təsir mexanizmlərilə Rusiyanın neft ticarətini çox ciddi ölçüdə nəzarətdə saxlaya biləcəkdi. Ancaq Rusiya üçün yenə də azacıq manevr imkanı qalırdı. Rusiyanın öz tankerləri və ya başqa ölkələrin tankerləri üzərlərinə risq götürüb, gəmiləri sığorta etmədən də Rusiya neftini daşıya bilərdilər.
Türkiyə hökuməti bu nəfəsliyi də Rusiya üçün qapatdı.
Türkiyə Ulaştırma bakanlığının qərarına görə müvafiq qaydada sığortası olmayan neft daşıyan tankerləri Türkiyə hökuməti boğazlardan buraxmayacaq. Bu da o deməkdir ki, Rusiyanın beynəlxalq sığorta şirkətlərindən və Avropa sanksiyalarından yan keçməklə neft satmaq imkanı lap miniuma enəcək. Dünya mətbuatı Türkiyənin bu qərarını AB-nin Rusiyaya qarşı sanksiyalarına Türkiyənin də faktiki qoşulması kimi qiymətləndirib. İlham Əliyev tərəfdarları çox ümidli idilər ki, guya Türkiyə, Rusiya, Azərbaycan birliyi qurulacaqdı və bu birlik də həm Rusiyadakı, həm də Azərbaycandakı avtoritar rejimi ayaqda saxlamağa kömək edəcəkdi. Bu ümidləri də suya düşdü. Türkiyə növbəti dəfə Qərb dünyası ilə birgə hərəkət etdi və işğalçı Rusiyaya ciddi zərbə vurdu. Beynəlxalq avtoritarizmin məğlubiyyəti labüddür.
Tarix: 19-11-2022, 22:17
Xəbəri paylaş





Xəbər lenti