Burkina-Fasoda Fransa əleyhinə etiraz keçirildi
Burkina-Fasoda Uaqaduqu əyalətinin paytaxtında Fransa qoşunlarının Afrika ölkəsinin ərazisindən çıxarılması tələbi ilə nümayiş keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "leFaso" portalı məlumat yayıb.
Etirazçılar Fransanın Uaqaduqudakı səfirliyi qarşısında toplaşaraq, səfirin ölkədən getməsini tələb ediblər. Səfirliyin mühafizə bölməsi aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Nümayiş Fransanın xüsusi təyinatlı qüvvələrinin yerləşdiyi Kambuandakı hərbi-hava bazası yaxınlığında davam edib.
Tarix: 19-11-2022, 22:58