Moskvada güclü yanğın: ölənlər var - Video


Rusiyanın paytaxtı Moskvanın Komsomol meydanında yerləşən anbarlarda güclü yanğın baş verib.
Sitat.info xəbər verir ki, yanğının söndürülməsinə 80 yanğınsöndürən və 20 texnika cəlb edilib.
Yanğının sahəsi 1,9 min kvadrat metr təşkil edir. Yanğının baş verdiyi tikilidən 7 nəfər təxliyə edilib.
İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.
***
Yanğın zamanı binada olan 2 nəfər həlak olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

/Axar.az
Tarix: 20-11-2022, 22:39
Xəbəri paylaş





Xəbər lenti