"Siz odla oynayırsınız!.." - MAQATE


Zaporojye AES-də güclü partlayışlar seriyası baş verib
 Rusiya və Ukrayna tərəfləri bir-birini ittiham edir...
 
MAQATE nüvə fəlakəti barədə xəbərdarlıq edir
 
Noyabrın 19-u axşam və noyabrın 20-i səhər Zaporojye AES ərazisində raket zərbələri nəticəsində partlayışlar seriyası baş verib, stansiya yenidən nüvə qəzası həddindədir.
 
Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) saytında məlumat yayılıb.
 
"Güclü partlayışlar Ukraynanın Zaporojye AES-in ərazisini nisbi sakitlik dövründən sonra dünən axşam və bu gün səhər lərzəyə gətirib.  Bu, orada nüvə qəzasının qarşısını ala biləcək təxirəsalınmaz tədbirlərin görülməsi zərurətini daha çox göstərir", - bunu MAQATE-nin baş direktoru Rafael Qrossi bəyan edib.
 
Qeyd edilir ki, qısa zaman kəsiyində 10-dan artıq partlayış eşidilib.
 
Bu zaman Qrossinin bəyanatından bəlli olur ki, stansiyanın ərazisində olan və "bəzi partlayışları öz pəncərəsindən görən"
MAQATE komandası növbəti dəfə atəşin haradan aparıldığını söyləməkdən vaz keçir.
 
"Bizim komandadan dünən və bu gün daxil olan yeniliklər son dərəcə həyəcanlıdır. Bunun arxasında kimin dayanmasından asılı olmayaraq, o, dərhal dayandırmalıdır. Dəfələrlə dediyim kimi, siz odla oynayırsınız!" - baş direktor Qrossi bəyan edib.
 
Stansiya rəhbərliyinin məlumatına istinadən MAQATE komandası bəyan edib ki, Zaporojye AES meydançasında bəzi binalar, sistemlər və avadanlıq zədələnib, lakin onların heç biri nüvə təhlükəsizliyi üçün hələlik kritik deyil. Qurbanlar barədə məlumat daxil olmayıb.
 
Rusiyanın müdafiə nazirliyi iddia edir ki, partlayışlara səbəb stansiyasının Dnepropetrovsk vilayətinin Marqanets yaşayış məntəqəsi rayonundan USQ tərəfindən edilən atəşlər olub.
 
Noyabrın 19-da gün ərzində USQ artilleriyası atom stansiyasının ərazisinə 11 iriçaplı artilleriya mərmisi buraxıb. Noyabrın 20-də səhər Ukrayna ordusu iki dəfə atom stansiyanın ərazisini atəşə tutub", - bunu idarənin rəsmisi İqor Konaşenkov bəyan edib.
 
12 iriçaplı mərmi 9.15-dən 9.45-dək buraxılıb, Rusiya MN-nin məlumatında deyilir. Səkkiz mərmi 5-ci enetji bloku ilə 2 saylı xüsusi korpus arasına, üçü 4 və 5-ci enerji blokları arasına, biri 2 saylı xüsusi korpusun damına düşüb, daha iki mərmi elektrik stansiyanı qidalandıran elektrik xətləri üzrə buraxılıb, Rusiya tərəfi iddia edir.
 
Ukraynanın "Enerqoatom" milli atom enerji şirkəti həmçinin stansiyanın infrastruktur obyektlərinə 12 mərmi düşməsi barədə məlumat verib.
 
Zaporojye AES-in zədələnən avadanlığının xarakteri və siyahısı onu sübut edir ki, raşistlər 5 və 6-cı enerji bloklarının işə salınması və Ukraynanın tələbatları üçün Zaporojye AES tərəfindən məhz elektrik enerjisunin istehsalını bərpa etmək üçün lazım olan infrastrukturu hədəf alıb və sıradan çıxarıb", - "Enerqoatom" bəyan edib.
 
Şirkət qeyd edir ki, rusiyalı hərbçilər stansiyanın ukraynalı personalına enerki bloklarını minimum nəzarət edilən gücündə buxarın alınması üçün işə salmağa imkan verməməyə cəhd göstərib. Buxar qış mövsümündə enerji bloklarının, personalın, əhalinin və ətraf mühitin təhlükəsizliyi üçün kritik zəruridir.
 
"Lakin bu, onlara kifayət etməyib və bu gün raşistlər məhz o avadanlığı atəşə tutub zədələyib ki, onun sıradan çıxması AES-in enerji bloklarının işə salınması üzrə istənilən hərəkətləri mümkünsüz edir", - "Enerqoatom" əlavə edib.
 
Xatırladaq ki, Rusiya qoşunları Zaporojye AES-i 2022-ci ilin martında zəbt edib. O zamandan Rusiya və Ukrayna dəfələrlə bir-birini stansiyanın atəşlərə məruz qalmasında ittiham edib.
Moderator.az
Tarix: 21-11-2022, 07:41
Xəbəri paylaş





Xəbər lenti