Cənubi Azərbaycanda silahlı toqquşmalar


Şənbədən bazara keçən gecə İranın şimalında və şimal-qərbində onlarla böyük yaşayış məntəqəsində etirazçılarla təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalar davam edib.
Yerli mənbələrin məlumatına görə, etiraz zonası genişlənib. Ən şiddətli toqquşmalar kürdlərin məskunlaşdığı ərazidə gedir.
Gecə saatlarında Mahabad şəhərinə hərbi hissələr və ağır texnika yerdilid. Etirazçılar yolları bağlayır, avtomobillərin təkərlərini yandırırlar.
Digər etiraz mərkəzi Sənəndəc və Xoy şəhərləri olub ki, burada da kütləvi nümayişlər və polislə toqquşmalar baş verir.
Son məlumatlara görə, gecə saatlarında Tehran yaxınlığındakı hərbi anbarlarda partlayış baş verib və bu partlayış paytaxtın özündə də aydın eşidilib.
Tehran rejimi etirazların Amerika və İsrail tərəfindən təşkil edildiyini iddia etməkdə davam edir.
Contact.az
Tarix: 21-11-2022, 21:56
Xəbəri paylaş





Xəbər lenti