Türkiyə Ukraynaya İran dronları ilə mübarizə üçün raketlər verdi...

Türkiyə Ukraynaya İran dronları ilə mübarizə üçün raketlər verdi...
Türkiyə Ukrayna Silahlı Qüvvələrinə İranın "Shahed 136" kamikadze-dronlarını məhv etmək iqtidarında olan yaylım atəşli reaktiv sistemlər üçün TRLG-230 yüksək dəqiqli raketlər və "Bayraktar TB2" üçün "hava-hava" sinfindən olan "SUNGUR" raketləri ötürüb.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynaya verilən silahın monitorinqini aparan "Oryx" saytının analitikləri məlumat yayıb.
 
Qeyd edilir ki, bu silahlar Türkiyənin "Rocketsan" hərbi-sənaye şirkətinin istehsalıdır.
 
O cümlədən TGLG-230 raketləri Ukraynaya hələ yayda daxil olub, lakin bu barədə yalnız indi bəlli olub.
 
Hələlik, bu silahın əldə edilməsi və ya yardım kimi alınması tam bəlli deyil.
Tarix: 22-11-2022, 08:54
Xəbəri paylaş





Xəbər lenti