"Vaqner" özəl hərbi şirkəti terrorçu təşkilat kimi tanınmalıdır..." - Avropa Parlamenti


"Parlamentarilər Ukraynada bu özəl hərbi şirkət tərəfindən insan haqlarının pozulmasına və digər münaqişələrdə qrupun fəaliyyətinə istinad edib..."
"Biz də bu gündən Avropa Parlamentinin buraxılmasını elan edirik..."
 
Avropa Parlamentinin deputatları "Vaqner" özəl hərbi şirkəti terrorçu təşkilat kimi tanımaq istəyir.
 
Bu barədə Amerikanın "Politico" nəşri məlumat yayıb.
 
Bu təşəbbüs parlamentarilər tərəfindən geniş dəstək alıb. Bu təşəbbüsə həm sağ, həm də sol siyasi spektr imza atıb. Avropa deputatları bu təkliflə Avropa Şurasının prezidenti Şarl Mişelə və Çexiyanın baş naziri Peter Fialeyə (Çexiya hazırda AŞ-da sədrlik edir) məktub göndərib.
 
"Vaqner" qrupunu terrorçular kimi tanımaq çağırışı olan müraciətində parlamentarilər "Ukraynada özəl hərbi şirkət tərəfindən insan haqlarının pozulmasına" və digər münaqişələrdə "qrupun əvvəlki fəaliyyətinə" istinad edir.
 
Hazırda Estoniya artıq bu özəl hərbi şirkəti terrorçu təşkilat kimi tanıyıb. Bu fakt həmçinin Avropa deputatlarının məktubunda xatırladılıb.
 
"Vaqner" özəl hərbi şirkətə Putinin silahdaşı Yevgeni Priqojin rəhbərlik edir və müxtəlif hərbi münaqişələrdə-Suriya, Sudan, Mozambik və Mərkəzi Afrika Respublikasında iştirak edib. Bu qrupun döyüşçüləri Ukraynada hərbi əməliyyatlarda rusiyalıların tərəfində iştirak edir.
 
Priqojinin cavabı özünü çox gözlətməyib. O, bəyan edib ki, komandirlərlə müşavirə keçirib və onlara Avroparlamentin "buraxılması" kimi "kədərli xəbəri" çatdırıb.
 
"Mən bilmirəm Avroparlament hansı qanunu rəhbər tutur, amma bizim qanunvericiliyə görə bu gündən Avroparlamentin buraxılmasını elan edirik", - Priqojin bəyan edib.Moderator.az
Tarix: 23-11-2022, 09:20
Xəbəri paylaş





Xəbər lenti