Ukrayna ordusu körpənin qisasını aldı...- Rusiyanın "S-300" kompleksi məhv edildi...

Ukrayna ordusu körpənin qisasını aldı...- Rusiyanın
Ukrayna hərbçiləri Rusiya ordusunun Zaporojye vilayətinin Volnyansk şəhərindəki doğum evini atəşə tutduğu "S-300" raket sistemini məhv edib.
  Moderator.az "UNİAN"a istinadla xəbər verir ki,  müvəqqəti işğal olunmuş Melitopol şəhərinin meri İvan Fyodorovun telegram-kanalında verdiyi məlumata görə, ukraynalı döyüşçülər doğum evinə hücum baş verən gün  bir uşağın ölümünə görə ruslardan qisas alıblar.
 
Xatırladaq ki, noyabrın 23-də  raket hücumu zamanı işğalçılar Zaporojye vilayətinin Volnyansk şəhərindəki doğum evini vuraraq yeni doğulmuş oğlan uşağını qətlə yetiriblər.
 
"Raşistlər Zaporojye vilayətinin Volnyansk şəhərində körpənin öldürülməsinə görə ilk qisas "müjdələrini"  aldılar. Döyüşçülərimiz rus terrorçularının yerli doğum xəstəxanasını vurduğu "S-300" raket sistemini məhv etdilər", - Fyodorov belə yazıb.
 
Onun sözlərinə görə, hadisə şahidləri bir neçə güclü partlayış səsi eşidiblər. Ukrayna artilleriyasının dəqiq zərbəsindən sonra işğalçılar yerli əhali arasında axtarışlara başlayıblar.
 
"Noyabrın 23-də saat 13:40 radələrində Zelyonıy Yar kəndində döyüşçülərimiz düşmənin "S-300" raket kompleksini məhv ediblər. Şahidlər əvvəlcə iki güclü partlayış, sonra daha güclü üçüncü partlayış səsi eşidiblər. İşğalçılar panikaya düşərək axtarışa başlayıblar, sakinləri evlərindən bayıra çıxarıblar, telefonları yoxlayıblar. Avtomat silah səsləri eşidilib”, - deyə Fyodorov vurğulayıb.
 
Sultan Laçın
Tarix: 25-11-2022, 09:53
Xəbəri paylaş





Xəbər lenti