Şolts: “İran nüvə silahı və ya onun çatdırılması üçün raketlər əldə etməməlidir”


 
Almaniya kansleri Olaf Şolts bəyan edib ki, İran nüvə silahı istehsal etməməli və onu çatdırmaq üçün imkanlara malik olmamalıdır.
O, bu barədə cümə günü Berlində Fransanın baş naziri Elizabet Born ilə birgə mətbuat konfransında danışıb.
“İranın uranın zənginləşdirilməsi siyasətinə gəlincə, bu, ölkənin nə nüvə bombaları, nə də onları daşıya biləcək reaktiv raketlər əldə etməməsi üçün mümkün olan hər şeyi etməyin nə qədər doğru olduğunu bir daha təsdiqləyir. Bu, Fransa və Almaniyanın öz müttəfiqləri Böyük Britaniya və ABŞ-la birlikdə son illərdə həyata keçirdikləri əsas siyasi məqsədlərdən biridir. Biz hələ də ona sadiqik”, - deyə Almaniya hökumətinin başçısı vurğulayıb və mövcud vəziyyətin kifayət qədər mürəkkəb olduğunu qeyd edib.//Oxu.az
Tarix: 26-11-2022, 08:26
Xəbəri paylaş





Xəbər lenti