Belçika Kiyevə 10 sualtı dron və iki mobil laboratoriya verib


Belçika Kiyevə 10 sualtı dron və iki mobil laboratoriya veribTürkiyənin "Akıncı" SİHA-ları

Belçika Ukraynaya 10 sualtı pilotsuz uçan aparat, radiasiya səviyyəsinin monitorinqi üçün iki mobil laboratoriya, həmçinin kimyəvi və ya bakterioloji silahların tətbiqi ilə təmin edəcək və Ukrayna ordusuna hərbi təlim keçəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü Belçikanın müdafiə naziri Ludivine Dedonder Le Soir qəzetinə müsahibəsində bildirib.
“Belçika hökuməti Belçika Nazirlər Şurasının Ukraynaya Belçikanın "ECA Robotics" şirkətinin istehsalı olan 10 sualtı dron göndərilməsi barədə qərarını tezliklə həyata keçirəcək. Bu dronlar istənilən sualtı təhlükəni - minalardan tutmuş casus proqramlara qədər müəyyən etməyə imkan verir. Bu, onlara çox kömək edəcək tamamilə yeni bir texnologiyadır. Belçika ordusu artıq belə vasitələrdən istifadə edir. Onların hamısı mayın sonuna qədər bir neçə mərhələ ilə Ukraynaya çatdırılacaq”, - deyə nazir bildirib.
Belçika kimyəvi, radiasiya və bakterioloji vəziyyətə nəzarət etmək üçün bilavasitə hərbi münaqişə zonasında istifadə edilə bilən iki mobil laboratoriya da ayıracaq.
Belçika həmçinin Ukrayna hərbçilərinin təlimi üçün 18 növ kurs təşkil etmək niyyətindədir ki, onların tədrisi üçün 100 belçikalı hərbçi ayrılacaq. Ukraynalılar snayper, kəşfiyyat, düşmən mövqelərinə gizli soxulma, qısa məsafədə artilleriya dəstəyinin göstərilməsi, hava zərbələri üçün piyada və hərbi hava qüvvələri arasında koordinasiya, minalardan təmizləmə, tibbi yardım, eləcədə Belçika hərbçilərinin əhəmiyyətli, xüsusilə NATO-nun Əfqanıstandakı müharibə zamanı dəqiqləşdirilmiş bacarıq, biliklərə malik olduğu digər sahələrdə təlim keçəcəklər. Bu səylər Aİ-nin Ukrayna qüvvələri üçün 12-15 min hərbçinin hazırlanması planlarının bir hissəsi kimi həyata keçiriləcək. Təlimlər dekabr ayında başlamalıdır.
Tarix: 26-11-2022, 22:23
Xəbəri paylaş





Xəbər lenti