Politoloq: Belarusda nazir öldürüldü, növbəti Lukaşenko ola bilər - Video


Politoloq: Belarusda nazir öldürüldü, növbəti Lukaşenko ola bilər - VideoAleksandr Lukaşenko və Vladimir Putin

Rusiyalı politoloq və publisist Andrey Piontkovski Belarusun xarici işlər naziri Vladimir Makeyin ölümünə nəyin səbəb ola biləcəyindən danışıb. Ekspertin fikrincə, bu, çox vacib siqnaldır.

Bizimyol.info xəbər verir ki, "FREEDOM"un efirində Piontkovskidən Lukaşenkonun fiziki olaraq "aradan götürülməsi" ilə bağlı Kremlin artıq razılıq verdiyi barədə Amerika kəşfiyyatının bu gün yaydığı məlumatı şərh etməsi istənilib. İndi Makeinin qəfil ölümü məlum olanda bütün bunların arasında bir nümunənin olub-olmaması barədə ağlabatan sual yaranır.
Piontkovskinin sözlərinə görə, Makeinin ölümü çox şübhəli görünür: “Hələ 1948-ci ildə Stalin digər vassal dövləti olan Çexoslovakiyada işləri "qaydaya salarkən", dönüş üçün ilk təkan qərbyönlü xarici işlər naziri Masarikin öldürülməsi oldu, o, "pəncərədən atıldı". Makei, görünür, sadəcə zəhərlənib.
Demək olar ki, əminəm ki, Makeinin aradan qaldırılması Moskvanın hərəkətidir, onlar həmişə ona nifrət ediblər, Lukaşenkonun çoxvektorlu yanaşmasına görə həmişə onu günahlandırıblar”, - deyə politoloq bildirib.
Piontkovski qeyd edib ki, Kremlin bu “hərəkətə” getdiyi qətiyyət ona Amerika kəşfiyyat xidmətlərinin Putinin Lukaşenkonu aradan qaldırmaq istəyi barədə məlumarlarının konkret arqumentlərə söykənməsini güman etməyə ciddi əsas verir. Politoloqun fikrincə, Kreml Lukaşenkonun hərəkətindən həmişə qıcıqlanıb.
Ekspert hesab edir ki, o, Belarusun Rusiya tərəfindən ələ keçirilməsinə “çılğınlıqla müqavimət göstərib”.
O qeyd edib ki, Lukaşenka həmşə Putinə “sədaqətlə xidmət etməyə” hazır idi, lakin Minski Kremilin “katibəsinə” çevrilmək istəmirdi.
"Cinayətin motivi var, xarici işlər nazirinin ləğvi çox şübhəli əlamətdir", - Piontkovski hesab edir.
Politoloqun fikrincə, Lukaşenko Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalı başlayandan 9 aydır ki, ümidsizliyə düçar olub. Belarus prezidenti hər şeyə hazırdır: öz ərazisindəki rus qoşunları üçün, öz ərazisindən zərbələr endirmək üçün, təkcə ordusunun müharibədə iştirakını istəmir. Publisist qeyd edib ki, Lukaşenko bütün bunların onun əleyhinə çevriləcəyindən şübhələnir.
"Hamı fikir verdi: Putin ictimai alçaldıldıqdan sonra çılğın, çıxılmaz, intihara meyilli işlər görür, lakin bu mövzuda çox dözümsüzdür. Səmərqənddən sonra o, bütün çılğın addımları atdı: həm səfərbərlik, həm də referendumla ilhaq, hətta Şimal axınını partladıb", – politoloq xatırladıb və əlavə edib ki, indi Putin Lukaşenkonun istəklərini “doğrultmayan” davranışından narazıdır.
"Bununla belə, Putinin artıq Lukaşenkonu aradan götürmək imkanı var idi", - Piontkovski əlavə edib. "Amma sonra qanlı diktator şəxsi ambisiyalarını bu məqsəddən üstün tutduğu üçün bu şansını itirdi. Putin Belarusdakı seçkilər zamanı “diktatorun süqutunu” istəmirdi və buna görə də Lukaşenkonu məhv etməyə cəsarət etmədi", - deyən politoloqun fikrincə, indi qanlı diktator “uçuruma atılmasına” bir addım qalıb.
Tarix: 27-11-2022, 08:23
Xəbəri paylaş





Xəbər lenti