Türkiyə tərəfi Rusiya hərbçiləri ilə birgə patruldan imtina ediblər


Türkiyə tərəfi Rusiya hərbçiləri ilə Suriyada birgə patruldan imtina ediblər.
 
Bu barədə bunu çərşənbə günü Suriyada Rusiya Mərkəzinin rəis müavini, general-mayor Oleq Yeqorov deyib.
 
“Son iki həftə ərzində Türkiyə tərəfi səbəb bildirmədən patrullarda iştirak etməyib”, - deyə Yeqorov bildirib.
 
Xatırladaq ki, birgə patrul 2019-cu ilin oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memorandum əsasında həyata keçirilir. Sənədə əsasən, Türkiyənin başladığı “Sülh çeşməsi” əməliyyatı xaricindəki zonaya yeridilən Rusiya hərbi polisi və Suriya sərhədçiləri 150 saat ərzində kürd separatçılarının və silahlarının sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə yardım etməli, bundan sonra ortaq patrul başlamalı idi.
 
APA
Tarix: 1-12-2022, 10:36
Xəbəri paylaş





Xəbər lenti