İsrailin İrana hücumu: Pentaqonun 4 hava tankeri vədi var
İsrail ABŞ və Qərb ölkələrini uranın zənginləşdirilməsi 60%-i keçəcəyi təqdirdə İrana hücum etmək niyyəti barədə məlumatlandırıb.Yenisabah.az "Axios"a istinadla xəbər verir ki, Bayden hökuməti hələlik İrana qarşı hərəkətləri koordinasiya etməkdən vaz keçib və normallaşma razılaşmalarına üstünlük verib.
İsrail ABŞ-dan havada yanacaq doldurma avadanlığı xahiş edib. Çünki İsrailin İrana mümkün hücumu üçün havadan yanacaq dolduran 4 tankerə ehtiyacı var.
ABŞ müdafiə naziri Ostin Vaşinqtonun bu avadanlığı ən qısa zamanda İsrailə çatdırmağa çalışacağını bildirib.
Tarix: 23-03-2023, 22:55