"İsrailin HƏMAS-ın hücumuna reaksiyası özünümüdafiə deyil, kollektiv cəzalandırmadır..."


"Yerüstü əməliyyatın təxirə salınması hücum dinamikasına və İsrailin bölgədə HƏMAS rejiminə son qoyulması ilə bağlı hazırlığına mənfi təsir göstərə bilər..." 
Ərəblər və Qərb İsrailə təzyiqi artırır, İordaniya və Misirdən kəskin açıqlamalar gəlib
 
Yaxın Şərq ölkələrinə səfər edən ABŞ Dövlət katibi Entoni Blinken HƏMAS-la müharibə və onun bütövlükdə ərəb-İsrail münaqişəsinə təsiri ilə əlaqədar olaraq Misirə gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə "gazeta.ru" nəşri məlumat yayıb.
 
Qahirədə o, üçüncü müddətə namizədliyini irəli sürəcəyini bəyan edən prezident Əbdül-Fəttah əs-Sisi ilə görüş keçirib.
 
Blinkenlə söhbətində Misir hakimi iddia edib ki, "İsrailin HƏMAS-ın hücumuna reaksiyası özünümüdafiə çərçivəsindən çıxaraq kollektiv cəzalandırmağa çevrilib".
 
Eyni ruhda İordaniyanın xarici işlər naziri Ayman Səfadi çıxış edərək, bəyan edib ki, "Fələstin əhalisinin yeni yerdəyişməsinə cəhdlər regionu yeni miqyaslı münaqişəsinin uçurumuna sürükləyəcək".
 
Bu gün Roma Papası Fransisk şənbə xütbəsi zamanı "Qəzzaya humanitar dəhlizin açılmasına" çağırış edib.
 
Cümə günü BMT-nin baş katibi Antoniu Quterriş bəyan edib ki, Qəzzada əhalinin təxliyəsi "dəhşətli humanitar nəticələr olmadan mümkün deyil".
 
Bununla yanaşı, Qəzzada yaranmış dalan vəziyyət onun sakinlərinə heç bir qaçış variantlarını saxlamır. 
 
Ərəblərin özləri, o cümlədən Fələstin administrasiyası, Misir və İordaniya hakimiyyətləri Qəzzadan "heç kimin qaçmamasına" nəzarət edir, çünki bu, İsrail üçün sərfəli olacaq.
 
Dünən misirlilər "Rafiah"nəzarət-keçid məntəqəsini tamamilə bağlayıb və hətta Qəzzanın Amerika vətəndaşlığı olan sakinlərinə sərhəddi keçməyə imkan verməyib.
 
İsrail hakimiyyəti Qəzzada ciddi savaşdan, HƏMAS və İsrailin ərəb qonşuları isə bölgənin dinc əhalisindən İsrailin mövqelərinin zəifləməsi və onu "boşalmış" Qəzzadan mümkün faydalanmasından məhrum etmək üçün canlı qalxan kimi istifadə etməkdən çətin ki, imtina etsin.
 
HƏMAS-ın hakimiyyəti altında olan olan mülki əhalinin, sadəcə, Qəzzadan qaçacağının mümkünlüyü ərəb və Avropanın solçu konsepsiyalarına ziddir, bu konsepsiyalara görə, İsrail genişlənməməli və yəhudi xarakterini itirməlidir.
 
Hələlik Misirə sərhəddi açmağa və qaçqınları Sinay yarımadasına buraxmağa çağırış edəcək Qərb siyasətçilərinin də səsləri eşidilmir.
 
Bu zaman beynəlxalq ictimaiyyət İsrailin ünvanına ciddi iradlar bildirmir, anlayır ki, bu, Misirin Qəzza əhalisinə heç bir mərhəmət hissini nəzərdə tutmayan "beton" mövqeyi nəzərə alınmaqla riyakarlıq olardı.
 
Buna baxmayaraq, Qəzzada qətlə yetirilənlərin və evsiz-eşiksiz qalan insanların sayı artdıqca İsrailə beynəlxalq təzyiq xeyli güclənir.
 
Bu mənada, guya, "hava şəraiti" ilə bağlı yerüstü əməliyyatın təxirə salınması hücum dinamikasına və İsrail hakimiyyətinin bölgədə HƏMAS rejiminə son qoyulması ilə bağlı ümumi hazırlığına mənfi təsir göstərə bilər.
Tarix: 16-10-2023, 08:08
Xəbəri paylaş





Xəbər lenti