İsrail İrana hücum etməsə, o, münaqişəyə girmək niyyətində deyil

İsrail İrana hücum etməsə, o, münaqişəyə girmək niyyətində deyilİsrail və İran bayraqları

Yəhudi dövləti İran İslam Respublikasına hücum etməyənə qədər, Tehran Yaxın Şərqdə gərginliyin artması səbəbindən İsraillə hərbi münaqişəyə girmək niyyətində deyil.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi "Reuters" agentliyinə məlumat verib.
“İran silahlı qüvvələri İsrail aparteid rejiminin İrana, onun maraqlarına və vətəndaşlarına hücum etməyə cəsarət etməməsi şərti ilə döyüşə getməyəcək. Bu baş verərsə, müqavimət qüvvələri özlərini müdafiə edə biləcəklər”, - deyə diplomatlar qeyd ediblər.
Bazar günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Dohada görüşündə deyib ki, İsrail Qəzza zolağında mülki əhaliyə zərbələr endirməyə davam edərsə, münaqişənin miqyası genişlənə bilər. Daha sonra “Əl-Cəzirə” telekanalına müsahibəsində o bildirib ki, İslam Respublikası üçüncü tərəf vasitəsilə yəhudi dövlətini Fələstin anklavına növbəti hücumlara qarşı xəbərdar edib.
Tarix: 16-10-2023, 11:30
Xəbəri paylaş





Xəbər lenti