Belçika paytaxtında atışma olub, ölənlər var

Ölənlərin İsveç milli futbol komandasının azarkeşləri olduğu deyilir
Belçikanın paytaxtı Brüsselin mərkəzində atışma nəticəsində iki nəfər ölüb. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belçika polisi bildirib.
Yayılan görüntülərdə naməlum şəxsin bir neçə dəfə atəş açdığı əks olunub.
Ölənlərin İsveç milli futbol komandasının azarkeşləri olduğu deyilir.
Qeyd edək ki, İsveç bu axşam Heysel stadionunda AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika ilə qarşılaşır. Hadisə ilə əlaqədar oyun dayandırılıb.
Polislər hadisə yerini mühasirəyə alıb. Atəş açan şəxsin axtarışları aparılır.
Tarix: 17-10-2023, 08:20
Xəbəri paylaş





Xəbər lenti