“Gürcü arzusu”nun arzusu baş tutmadı, prezident öz postunu saxladı


“Gürcü arzusu”sunun arzusu baş tutmadı, prezident öz postunu saxladıSalome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmentini parlamentin minimum 100 üzvü əvəzinə cəmi 86 deputat dəstəkləyib və müvafiq olaraq Salome Zurabişvili öz postunu saxlayıb.

Bizmyol.info xəbər verir ki, bir deputat impiçmentin əleyhinə səs verib.
Qeyd edək ki, oktyabrın 16-da Gürcüstan Konstitusiya Məhkəməsi Zurabişvilinin Konstitusiyanın 52-ci maddəsini pozduğunu təsdiqləyib. Gürcüstan qanunlarına  görə prezidentin xarici əlaqələrdə nümayəndəlik funksiyalarını yalnız hökumətin icazəsi ilə həyata keçirmək hüququ var. İddia hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının deputatları tərəfindən prezidentin impiçment proseduru çərçivəsində qaldırılıb.
Hakim partiyanın deputatları Zurabişviliyə qarşı impiçment məsələsi onun avqustun 31-də hökumətin icazəsi olmadan xarici səfərinə və Aİ liderləri ilə görüşlərinə başladıqdan sonra qaldırılıb. Nazirlər Kabineti səyahətindən istifadə etməsini hökumətin ona etimadı itirməsi ilə izah edib. Öz növbəsində Zurabişvili bildirib ki, onun Avropaya səfərlərinin məqsədi Gürcüstana namizəd ölkə statusu almağa kömək etmək olub.
Məhkəmədə Zurabişvilinin müdafiəsi bunu  Prezident Konstitusiyanın iki maddəsini - prezidentin xarici əlaqələrdə Gürcüstanı təmsil etdiyini ifadə edən 49-cu “Gürcüstan Prezidentinin statusu” və 78-ci “Avropa və Avro-Atlantik strukturlara inteqrasiya” maddəsini rəhbər tutaraq əsaslandırmağa çalışıblar, buna görə konstitusiya orqanları öz səlahiyyətləri daxilində Gürcüstanın Aİ və NATO-ya tam inteqrasiyasını təmin etmək üçün bütün tədbirləri görməli oluğunu bildiriblər.
Hakimlər kollegiyası səs çoxluğu ilə “Gürcü arzusu”nun arqumentlərini daha əsaslı hesab edib.
Gürcüstan Konstitusiya Məhkəməsinin qərarına əsasən, prezident 2023-cü il avqustun 31-də, 1 sentyabrda və 6 sentyabrda xaricə işgüzar səfərləri zamanı Gürcüstan hökumətinin razılığı olmadan beynəlxalq münasibətlər sahəsində nümayəndəlik funksiyalarını yerinə yetirib, bununla da Gürcüstan Konstitusiyasının 52-ci maddəsi pozulmuş hüsab olunub.
Tarix: 18-10-2023, 21:26
Xəbəri paylaş





Xəbər lenti