İsrail səfir İrit Lillianı Türkiyədən geri çağırıb


İsrail Türkiyədəki bütün diplomatlarını, o cümlədən səfir İrit Lillianı geri çağırıb.
Siam.az 
xəbər verir ki, diplomatların təhlükəsizlik səbəbilə ölkəni müvəqqəti tərk edəcəkləri öyrənilib.


Səlahiyyətlilərdən əldə edilən məlumata görə, bu qərar təhlükəsizlik baxımından qəbul edilib. Mənbələr qərarın müvəqqəti olduğunu da bildiriblər.
İsrail Milli Təhlükəsizlik Bürosu iki gün əvvəl verdiyi açıqlamada Türkiyədəki vətəndaşlarını tez bir zamanda Türkiyəni tərk etməyə çağırıb, İsrail vətəndaşları isə İstanbuldan reyslərlə ölkəni tərk ediblər.
Tarix: 20-10-2023, 08:37
Xəbəri paylaş





Xəbər lenti