İsrail bu dəfə “Hizbullah”ın hədəflərini vurdu


İsrail Müdafiə Qüvvələri (İDF) oktyabrın 19-u axşam Livandan atılan raketlərə cavab olaraq gecə ərzində "Hizbullah"ın bir sıra hərbi obyektlərini vurublar.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti mıəlumat yayıb.
“İDF dünən gecə (cümə axşamı) İsrail ərazisinə atılan raketlərə cavab olaraq “Hizbullah”ın bir sıra hərbi obyektlərinə hücum edib”, - deyə məlumatda bildirilib.
Həmçinin, İsrail Müdafiə Qüvvələri PUA-larla Livandakı hədəfləri məhv etməsi barədə də məlumat verib.
“Bu gecə məsafədən idarə olunan pilotsuz uçuş aparatları Livanda bir yaraqlını məhv edib”, - məlumatda qeyd edilib.
Tarix: 20-10-2023, 14:29
Xəbəri paylaş





Xəbər lenti