“Rusiya əhalisinin Putini dəstəkləməyən 20 faizi məhv edilməlidir!..”-Duma üzvü...+VİDEO

“Rusiya əhalisinin Putini dəstəkləməyən 20 faizi məhv edilməlidir!..”-Duma üzvü...+VİDEO
 
“Belə çıxışlar ondan xəbər verir ki, əgər qarşıdakı onillikdə Rusiya imperiyası məhv olmasa və ya heç olmasa, hazırda Putinin rəhbərlik etdiyi bu “KQB”-“FSB”-korrupsiya rejimi ən azı bir az yumşaq rejimlə əvəzlənməsə, bu ölkədə, həmçinin onun təsiri altında olan respublikalarda nəinki Stalin dövründən, hazırkı Şimali Koreyadan da dəhşətli, vəhşi, heç bir bəşəri dəyərlərə, insan haqlarına əsla məhəl qoymayan bir diktatura sistemi bərqərar olacaq...”
"Rusiya əhalisinin prezident Vladimir Putini dəstəkləməyən hissəsi təcrid edilməli və ya məhv edilməlidir",- Dövlət Dumasının deputatı Andrey Qurlyov “Rossiya-1” təbliğat telekanalında belə deyib.
 
Moderator.az xəbər verir ki, bu haqda “UNİAN” məlumat yayıb.
 
Hakim "Vahid Rusiya" partiyasının və aşağı palatanın müdafiə komitəsinin üzvü Qurulyevin fikrincə, Rusiya vətəndaşlarının təxminən 20%-i "məhv"ə məruz qala bilər. Ölkə əhalisinin 146,4 milyon olduğunu təxmin edən “Rosstat”ın məlumatına görə, bu, təxminən 29 milyon insan deməkdir...
 
Hazırda cəmiyyət “prezidentə 80% güvənir” -deyən Qurlyov əlavə edib ki, bu, “bu gün mövcud olan birlik səviyyəsidir”.
 
"Və mən istərdim ki, bizim bu cəmiyyətimizdə qalan bütün bu çürüklər təcrid olunmasa da, heç olmasa bir şəkildə məhv edilsin" deyə Qurulev ruhi xəstələrə xas fikir səsləndirib.
 
O, həmçinin İosif Stalindən sonra Rusiyada ən uzun müddət hakimiyyətdə olan Putinin 2024-cü ilin yazında keçiriləcək prezident seçkilərində qalib gələcəyinə əminliyini ifadə edib...
 
"Mən əminəm ki, o, hərtərəfli qalib gələcək. Yəni belə qələbə heç vaxt oradakı bütün bu zibillərin, yəni Makronların, Baydenlərin, bütün bu Şoltsların və  sairənin yuxusuna da girməz",- deyə deputat sərsəmləyib.
 
Zəruri şərh: 
 
Rusiyada xüsusən Ukraynaya genişmiqyaslı təcavüzdən sonra artmaqda və daha da aqressivləşməkdə olan belə sərsəm, xəstə, həm də kölə xislətli təxəyyülün məhsulu olan çıxışlar, təkliflər, çağırışlar ondan xəbər verir ki, əgər qarşıdakı onillikdə Rusiya imperiyası məhv olmasa və ya heç olmasa, hazırda Putinin rəhbərlik etdiyi bu “KQB”-“FSB”-korrupsiya rejimi ən azı bir az yumşaq rejimlə əvəzlənməsə, bu ölkədə nəinki Stalin dövründən, hazırkı Şimali Koreyadan da dəhşətli, vəhşi, heç bir bəşəri dəyərlərə, insan haqlarına əsla məhəl qoymayan bir diktatura sistemi bərqərar olacaq. Bununla da Rusiyanın təsiri, himayəsi altında olan, onun vassalı olan əksər postsovet respublikaları, eyni zamandakı ətrafdakı digər ölkələrdə də oxşar hakimiyyətlər qurulacaq...
 

 


Tarix: 21-10-2023, 11:11
Xəbəri paylaş





Xəbər lenti